FHN əməkdaşları qəzada avtomobildə sıxılıb qalan şəxsi çıxarıb


Baxiş sayı:
94
Dərc olunub:
22/07/2019 - 22:33
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qazax rayonunun Çaylı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.