Bakı-2019: Azərbaycan zirvədəki mövqeyini qoruyub

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə 10 dəst medal sahibini tapıb.

APA-nın məlumatına görə, Azərbaycan millisi günü 6 mükafatla başa vurub.

Güləşçilərimiz hesablarına 2 qızıl, 3 gümüş və 1 bürünc medal əlavə ediblər. Bununla da yığmanın aktivindəki medal sayı 10 çatıb. Komandamız 4 qızıl, 4 gümüş və 2 bürüncə sahibdir.

Bu göstərici yığmamıza festivalın iki günündən sonra medal siyahısına başçılıq etmək imkanı verib. Bir gün öncə də zirvədə qərarlaşan Azərbaycan mövqeyini qoruyub.

Qazanılan qızıl medalların sayını 3-ə çatdıran İtaliya 2-ci sırada yer alıb. Rusiya isə cədvəlin üçüncüsüdür.

Ümumilikdə 14 dəst medal oynanılıb ki, idmançılar 52 mükafata sahib çıxıblar. Bu medallara 16 ölkə təmsilçiləri yiyələnib. Bunlardan yarısı – 8 yığma üzvləri çempionluq sevinci yaşayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar