“Mən maşında oturmuşam, o, maşının üzərinə atlanır…” – Abid Şərifov başına gələn olaydan danışdı + VİDEO

Bu gün jurnalistin Baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üzərinə çıxaraq onun hərəkətinə mane olmasını əks etdirən görüntülər gündəm olub.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Abid Şərifov jurnalistin bu addımının onu şoka saldığını bildirib:

“Mən həyatımda birinci dəfə belə bir adam gördüm ki, biri qapını açır, o biri “kapot”un üzərinə çıxır. Mən həyatımda belə bir şey görməmişdim, sözüm yoxdur.

Mən onları tanımıram, tanımaq da istəmirəm. Hər şey görmüşdüm, amma belə şey görməmişdim. Sonrasını Allah saxlasın. Jurnalist yox, lap istəyirsən, Allahın bacısı oğlu ol, adamın bir tərbiyəsi olmalıdır. Mən maşında oturmuşam, o, maşının üzərinə atlanır. Deyirsən, maşının üstündən düş, düşmürdü.”

635x100

Şərhlər

abdullah 2019-07-23 00:06:23

Bunun danişdigi sozlere baxin,lap Allahin bacisioglu ol" .Allahin anasi atasi,bacisi,balasi olmaz.Bu derece cahillik mi olar?Bu olkeni kimler idare edir?

Sedaqet 2019-07-23 00:06:23

Jurnalistika? Terbiyəsizlikdir bunun adı!!! Həyasızlıqdi!!! XUIİQANLIQ!!! DİN təcili tədbir görməlidir bu işlərlə bağlı!!!

TARİX 2019-07-23 00:06:23

80 YAŞLI VƏTƏNDAŞIMIZA,DÖVLƏT XADİMİNƏ, TƏQAÜDDƏ OLAN İNSANA QARŞI BU HƏRƏKƏT AZINDAN ,REKETÇILİK VƏ ƏDƏBSİZLİKDİR.

pesekar jurnalist 2019-07-23 00:06:23

yerinden duran eline bir mikrafon- bir telefon goturub adini da qoyur jurnalist. 16-17 yasi var bilmir ki jurnalistika nedir. O gede yeqin muhacirete getmek isteyir- ona gore de ozunu polislere doydurmeye calisir

yusif jurnalist 2019-07-23 00:06:23

o jurnalist deyil xulnqandir- beleleri jurnalistikani gozden salir- sen bir onun sortikine bax. vidine bax. bilmir sual verdiyi adam kimdir ve bu sualin ona dexli varmi. onu cezalandirmaq lazimdir.

Kohne 2019-07-23 00:06:23

Hele bu harasidi!Sen maşinsizda ola bilersen hacansa.

Adul 2019-07-23 00:06:23

İnsan kimi suala cavab vereydin ki bu hal yaşanmadı. Şexsen prezident olsa idi bele halda düşüerdi maşından müsahib vererdi. Amma sen vetendaşın üstüne maşın sürdürürsen. Görünür bu harınlıq elametidir.

mehdi 2019-07-23 00:06:23

KİŞİ SÖZ DANİŞAN KİMİ MATERİALİ GÖNDƏRİRSİZ PARNİ İZ BAKUYA))

vekil 2019-07-23 00:06:23

men xecalet cekdim ki bizim olke jurnalistkai hansi seviyyeye dusub,bu sadece xuliqanliqdir,hansisa zakazin icrasidir,axi Abid bu gun kimdir o sualin ona ne aidiyati var,yeni ilisin pul qopardaq...

vətəndaş 2019-07-23 00:06:23

Hər əlinə kamera alana jurnalist demezler. Sensasiya xatirinə etdiyiniz o hereket sizə sensasiya yox, hermetsizlik getirdi. Bele hereketin başqa adı var... Xuliqalnlıq

t.ədalət 2019-07-23 00:06:23

Bu jurnalistika yox,sırtıqlıqdır.

Son yazılar