“10 GÜNƏ ƏFQANISTANI YER ÜZÜNDƏN SİLƏRİK...” – Tramp Pakistanın baş naziri ilə görüşdən sonra

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Pakistanın Baş naziri İmran Xanla görüşdən sonra çox kəskin bəyanat verib.

Strateq.az xarici mətbuata istinadla xəbər verir ki, Tramp Əfqanıstanı yer üzündən silə biləcəklərini açıqlayıb: “Bəli, Əfqanıstandakı savaşı bir həftə içində qazana bilərik. 10 gün içində isə Əfqanıstanı dünyadan silə bilərik. Ancaq 10 milyon insanı öldürmək istəmirik”.

Pakistandan Əfqanıstandakı vəziyyətlə bağlı dəstək istəyən Tramp deyib ki, 19 ildir orada əsgər kimi deyil, polis kimi davranıblar: “İndisə düşünürəm ki, ən yaxşı yol oradan əsgərlərimizi çəkməkdir”.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-07-23 08:09:30

Bu kulon Əfqanstandakı vəziyyəti dəyərləndirəcək kafada birisi deyil. !079-cu ildə Keçmiş SSRİ kimi bir dövlət də Əfqanstana o xəyalla girmişdi. Sonda çox biyabır olmuş bir vəziyyətdə oranı tərk etdi. QAldı Pakistana o bizm dost və qardaş bir ölkə. Təbii ki, Əfqanstanla bağlı problemləri bizləri də əndişələndirir. Lakin bu problemlərin həll iolu Trampın sərsəm bəyanatları deyil. Sadəcə Əfqanstanın 40 ildi mağaralarında qocaln mücahidlərin nə istədiyini öyrənmək lazımdıır.

Cəmşid Dərələyəzli 2019-07-23 08:09:30

Bir az öncə Tranpın bu bəyanatına bildirdiyim münasibətdə 1979-cu il əvəzinə mexaniki olaraq səhvən 1079 düşüb. Yəni əslində il 1979-du. Oxuculardan Üzr dilərəm.

Son yazılar