Avropa Liqasında 46 matç keçiriləcək

Dərc olunub: 23/07/2019 - 00:41

uefaBu gün Avropa Liqasında II təsnifat mərhələsi start götürəcək.

APA-nın məlumatına görə, üç gün ərzində 46 qarşılaşma keçiriləcək.

Bu oyunlardan 37-si Əsas yol çərçivəsində baş tutacaq. Digər 9 cütdə isə Çempionlar Liqası ilə vidalaşan komandalar üz-üzə gələcəklər.

Azərbaycanın iki komandası da meydana çıxacaq. “Neftçi” səfərdə Rusiya “Arsenal”ı, “Qəbələ” evdə Gürcüstan “Dinamo”su ilə görüşəcək.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları avqustun 1-də baş tutacaq.

Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar

Çempionlar yolu
23 iyul
19:00. “Ararat” (Ermənistan) – “Linkoln” (Cəbəllütariq)
19:45. “HB Torshavn” (Farer adaları) – “Linfild” (Şimali İrlandiya)
19:55. “Şkendiya” (Makedoniya) – “Düdelanj” (Lüksemburq)
22:00. “Santa Koloma” (Andorra) – “Astana” (Qazaxıstan)
22:30. “Tre Penne” (San-Marino) – “Suduva” (Litva)
24 iyul
20:00. “Slovan” (Slovakiya) – “Ferronikeli” (Kosovo)
25 iyul
19:30. “Partizani” (Albaniya) – “Şerif” (Moldova)
22:00. “Pyast” (Polşa) – “Riqa” (Latviya)
23:00. “Valyur” (İslandiya) – “Lüdoqorets” (Bolqarıstan)

Əsas yol
17:30. “Pünik” (Ermənistan) – “Yabloneç” (Çexiya)
18:45. “Ventspils” (Latviya) – “Qzira” (Malta)
19:00. “Qəbələ” (Azərbaycan) – “Dinamo” (Gürcüstan)
19:30. AEK (Kipr) – “Levski” (Bolqarıstan)
20:30. “Utrext” (Hollandiya) – “Zrinski” (Bosniya və Herseqovina)
20:45. “Çixura” (Gürcüstan) – “Aberdin” (Şotlandiya)
20:55. “Honved” (Macarıstan) – “Universitatya” (Krayova, Rumıniya)
21:00. “Alaşkert” (Ermənistan) – “Styaua” (Rumıniya)
21:00. “Arsenal” (Tula, Rusiya) – “Neftçi” (Azərbaycan)
21:00. “Flora” (Estoniya) – “Ayntraxt” (Almaniya)
21:00. “Hoqesun” (Norveç) – “Ştrum” (Qraz, Avstriya)
21:00. “Lexiya” (Qdansk, Polşa) – “Brondbü” (Danimarka)
21:00. “Mlada Boleslav” (Çexiya) – “Ordabasi” (Qazaxıstan)
21:00. “Molde” (Norveç) – “Çukariçki” (Serbiya)
21:00. “Şaxtyor” (Belarus) – “Esbyerq” (Danimarka)
21:00. “Yeni Malatyaspor” (Türkiyə) – “Olimpiya” (Sloveniya)
21:30. “Lokomotiv” (Plovdiv, Bolqarıstan) – “Spartak” (Slovakiya)
21:30. “Konnak” (Uels) – “Partizan” (Serbiya)
21:30. MOİK (Bolqarıstan) – “Osiyek” (Xorvatiya)
21:30. “Hapoel Bier-Şeva” (İsrail) – “Kayrat” (Qazaxıstan)
22:00. “Norçepinq” (İsveç) – “Liepaya” (Latviya)
22:00. “Vidi” (Macarıstan) – “Vaduts” (Lixtenşteyn)
22:15. “Lütsern” (İsveçrə) – “Klaksvik” (Farer adaları)
22:30. “Jeness” (Lüksemburq) – “Vitoriya” (Portuqaliya)
22:30. “Alkmaar” (Hollandiya) – “Haken” (İsveç)
22:30. “Aris” (Yunanıstan) – AEL (Limasol, Kipr)
22:30. “Gent” (Belçika) – “Vitorul” (Rumıniya)
22:30. “Dunayska Ştreda” (Slovakiya) – “Atromitos” (Yunanıstan)
22:45. “Vulverhempton” (İngiltərə) – “Kruzaders” (Şimali İrlandiya)
22:45. “Domjale” (Sloveniya) – “Malmö” (İsveç)
22:45. “Reyncers” (Şotlandiya) – “Progres” (Lüksemburq)
22:45. “Strasburq” (Fransa) – “Makkabi” (Hayfa, İsrail)
22:45. “Buduçnost” (Monteneqro) – “Zarya” (Ukrayna)
23:00. “Şemrok Rovers” (İrlandiya) – “Apollon” (Kipr)
23:00. “Espanyol” (İspaniya) – “Styarnan” (İslandiya)
23:00. “Legiya” (Polşa) – “Kuopio” (Finlandiya)
23:00. “Torino” (İtaliya) – “Debretsen” (Macarıstan)








loading...


Fikrinizi bildirin