CAHANGİR HACIYEVİN VURDUĞU ZİYAN NEÇƏ MİLYARDDIR? – “Aqrarkredit”dən açıqlama

“Beynəlxalq Bank işi” ilə bağlı uzun müddətdir davam edən məhkəmə prosesində bankın sabiq sədri Cahangir Hacıyevin vəkilləri növbəti vəsatətlə çıxış ediblər. Vəsatətə görə, guya ABB-yə dəymiş ziyan hesablanarkən, borclulardan borc əvəzinə götürülmüş əmlaklar nəzərə alınmayıb.

Lakin bankın problemli aktivləri üzrə tələb hüququ verilən “Aqrakredit” QSC-dən “AzPolitika.info”ya göndərilən məlumatda bildirilir ki, borc əvəzinə alınan bütün əmlakların dəyəri nəzərə alınıb və “Azərbaycan Beynəlxalq Bankı” ASC və onun törəmə müəssisəsi olan “Bank MBA Moskva” MMC-yə 69 müəssisənin veksellər və kredit borcları, eləcə də, ölkə ərazisində olan 17 yerli müəssisə və şirkətə verilmiş kreditlər üzrə banka dəymiş ziyan ümumilikdə 4.1 milyard manat təşkil edib.

Məlumatda deyilir: “Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Hacıyev Cahangir Fevzi oğlu və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 179.3.1, 179,3.2, 213.2.1, 193.1.1, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə davam edən məhkəmə işində “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı mülki iddiaçı qismində təmsil olunur.

Belə ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li fərmanının icrası ilə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivləri (borcları) ilə bağlı kreditlər üzrə əsas borclar, faizlər və veksellər üzrə tələb hüququ “Aqrarkredit” QSC-yə ötürülmüşdür.

“Aqrarkredit” QSC tərəfindən ibtidai istintaqda təqsirləndirilən Cahangir Hacıyevə, ”General Construktion” MMC-nin sabiq direktoru Dünyamin Xəlilova və daha 18 nəfərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin mənimsəmə və digər maddələri ilə verilmiş ittihamla bağlı olaraq mülki iddia qaldırılmışdır.

“Azərbaycan Beynəlxalq Bankı” ASC və onun törəmə müəssisəsi olan “Bank MBA Moskva” MMC-yə 69 müəssisənin veksellər və kredit borcları, eləcə də, Azərbaycan Respublikasının ərazisində olan 17 yerli müəssisə və şirkətə verilmiş kreditlər üzrə banka dəymiş ziyan ümumilikdə 4.1 milyard manat təşkil etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində 15 iyul 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında Cahangir Hacıyevin vəkilləri tərəfindən bu məbləğə etiraz edilərək “Aqrarkredit" QSC-nin dəymiş ziyanla bağlı verdiyi mülki iddia məbləğində müəssisələrdən müsadirə olunmuş əmlakların dəyərinin nəzərə alınmadığı bildirilmişdir.

Bununla bağlı bildiririk ki, yuxarıda qeyd edilən 86 borclu müəssisənin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən və onun törəmə müəssisəsi olan “Bank MBA Moskva”MMC-dən aldıqları borc məbləğləri üzrə banka dəymiş ziyan hesablanarkən həmin borclulardan borc əvəzinə götürülmüş əmlaklar qiymətləndirilmiş, bazar dəyəri mülki iddia məbləğindən azaldlmışdır.

Odur ki, məhkəmə prosesində Cahangir Hacıyevin vəkilləri tərəfindən “Aqrarkredit" QSC-nin dəymiş ziyanla bağlı verdiyi mülki iddia məbləğindən borclu müəssisələrdən borc əvəzində götürülmüş əmlakların dəyərinin azaldılmaması barədə vəsatəti əsassız olmaqla həqiqətə uyğun deyildir.

“Aqrarkredit” QSC tərəfindən istər ölkə ərazisində, istərsə də ölkə xaricində, toksik aktivlər üzrə borcların qaytarılması istiqamətində həm hüquqi, həm də iqtisadi tədbirlərin görülməsi davam etdirilir”.

“AzPolitika”

635x100

Şərhlər

Mux 2019-07-23 12:39:18

Hörmətli Admin Sizdən xahis edirəm ki,Azneftkimyamaş və onun nəzdində olub korrupsionerlərin əli ilə yerlə-yeksan olunmuş Səbayıl Maşınqayırma Zavodu haqqında hər zaman yazacağımız rəyləri dərhal dərc edəsiniz.Maraqlısı odur ki,lazımsız rəyləri dərhal dərc edirsiz və bu barədə Hüquq Mühafizə Orqanları da dərhal xəbər tutur.Ancaq biz kollektiv tərəfindən faktlarla yazdığlarımızı dərhal dərc etmirsiz.Bizim arzumuz bu dıhşətli korrupsiyanın axırına çıxmaqdır.

Mux 2019-07-23 12:39:18

Cahangir bəy deyək ki,”bankir” olub. Yəqin ki,hamımız anlayırıq və dərk edirik ki,120 il ərzində qurub yaradılan Azərbaycanın ən nəhəng zavodlarından biri olan Səbayıl Maşınqayırma Zavodunun əmlaklarının,dəzgahlarının,avadanlıqlarının dəyəri neçə miyard ola bilər.Z-dun qiymətinin dəyərini ən yaxşı bilən Nazirlər Kabinetidir.Çünki bir zamanlar Heydər Əliyevin göstərişi ilə xarici ölkələrdən ən bahalı və müasir dəzgahlar şəxsən SMZ-na gətizdirilmişdir.Həmin dəzgahlarla neft sənayəsi üçün ən əsas avadanlıqlar hazırlanırdı.Hələ elə bir ikinci korrupsioner insan heç bir z-dda 40 ildən yuxarı direktor işləməyib.Təsəffür edin ki,bu insanın o qədər milyardları var ki,bütün yuxarı təbəqələrin,ƏK,DİN,DTX,AR Baş Prokurorun,VN –nin hətta ən aşağı təbəqədə olan sahə üzrə polis bölməsinin haqqını öncədən daima çatdırır.Və sonda da hamıya sübut edir ki,dövləti və onun yuxarı qurumlarını pulla oynadıram.Bu 100 dəfə MTN və Rabitə işindən də dəhşətli bir işdir.Bu korrupsiyanın başında duran Əli ismayıl oğlu İsmayılovdur.

Şəkidən 2019-07-23 12:39:18

2013 - cü ildə Şəki İcra Hakimiyyətinin Başçısı Usubov Elxan tərəfindən Dünyamin Xəlilova şəkinin Fəxri Vətəndaşı adını verib ? Bu adı ona nəyə görə verib, araşdırıb tədbir görmək lazımdır ?

Bahar 2019-07-23 12:39:18

Dünyamin Xəlilovun bununla nə əlaqəsi var ki şəklini qoymusuz? O bank işçisi olmayıb və kredit götürmətib. Kim kimə ziyan verib hələ ki bilinmir. Agra kredit isə boş boşa danışır və ABB əmlakını ucuza satır, bunu hamı bilir.

Son yazılar