Banklarda dolların bahalaşdığı müşahidə olunur

Banklarda ABŞ dollarının alış və satış qiymətlərinin cüzi də olsa yüksəldiyi müşahidə olunur.

“Marja” xəbər verir ki, məsələn, dolların alış qiyməti “AFB Bank”da 1.6980 manatdan 1.6990 manata, "Azərbaycan Sənaye Bankı"nda 1.6970 manatdan 1.6980 manata, “Bank of Baku”da 1.7020 manatdan 1.7030 manata, “Bank Respublika”da 1.7015 manatdan 1.7020 manata, “Expressbank”da 1.6980 manatdan 1.6990 manata yüksəlib.

Bir çox banklarda Dolların satış qiymətləri isə 1.7015 manatdan 1.7020 və 1.7030 manata qalxıb.

Məktəb ləvazimatları daxil bir sıra malların idxal olunmasına başlanması ilə əlaqədar olaraq, adətən avqusta doğru dollara tələb artır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar