Xanımını 5-ci mərtəbədən atan Taxvelinin vəsatəti təmin edildi

Dərc olunub: 23/07/2019 - 13:14

prBakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə R.Taxvelinin vəkili Qanqa İbrahimov vəsatətlə çıxış edərək, məhkəmə iclasının audio və videoyazısının aparılmasını istəyib.

Vəkil işin daha şəffaf araşdırılmasının təmin edilməsi üçün vəsatətinin təmin edilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, hər prosesdə protokol tərtib edilir.

Vəkilin digər vəsatəti Ramiz Taxvelinin işçisi olmuş Rəna Məmmədovanın şahid qismində dinirilməsi barədə olub.

O deyib ki, R.Məmmədova Ramiz Taxvelinin avtomobilinə baxışda iştirak etdiyini və avtomobildən narkotik maddə – marixuana tapıldığı iddia edib. Bu səbəbdən vəkil həmin qadının dindirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Proses növbəti həftə davam etdiriləcək.

Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib.

Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.








loading...


Fikrinizi bildirin