Narkomanlığa qarşı mübarizə məqsədilə “Qaynar xətt” yaradılacaq

Dərc olunub: 23/07/2019 - 14:00

48fc5535-defd-44a5-bef8-20847aa8c937Azərbaycanda narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün “Qaynar xətt” yaradılacaq.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planında qeyd olunub ki, bu il narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti nazirlik, komitə və təşkilatlarla, operativ qaydada əlaqələndirməni təmin etmək üçün “Qaynar xətt” rabitə əlaqəsinin yaradılacaq. Prosesi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu birgə həyata keçirəcək.








loading...


Fikrinizi bildirin