DOKTOR KİNQ SEKSUAL MANYAK OLUB! - Amerika demokratiyasının “altında su varmış”!

Tarixçilər artıq çoxdan bilirlər ki, vətəndaş hüquqları uğrunda mübarizə sahəsində Amerikanın və dünyanın «ikonası» sayılan Martin Lüter Kinq heç öz arvadına belə, sadiq olmayıb. Kinqin, Federal Təhqiqat Bürosunun (FTB) əvvəllər məlum olmayan arxiv materialları ilə tanış olmaq imkanı əldə etmiş tanınmış bioqrafı Devid Harrounun son araşdırmalarına görə, söhbət qaradərililərin hüquqlarının tanınmış müdafiəçisi, Nobel sülh mükafatçısı, prezidentin Azadlıq medalı və Konqresin Qızıl medal mükafatçısının (hər ikisi ölümündən sonra!) iştirak etdiyi gerçək bir seksual qalmaqaldan gedir.

FTB-nin üzərindən bu yaxınlarda məxfilik pərdəsi götürülmüş nəhəng arxiv sənədləri Kinqin onlarla qadınla münasibətlərini açıb ortaya qoyur - elə bir vaxtda ki, o, ölkə boyu gəzərək, irqi bərabərsizliklə mübarizə aparırmış. Harrounun əldə etdiyi və may ayının sonlarında dərc edilmiş yeni məlumatlara görə, müasir tolerant dildə ifadə etsək, Martin Lüter Kinq ən gerçək seksual «yırtıcı», üstəlik də ən azı bir zorlamanın iştirakçısı olub. Harrou təsdiqləyib ki, Kinq 12 ildən artıq bir zaman kəsiyində FTB-nin müşahidəsi altında olub - FTB ipə-sapa yatmayan afroamerikalı lider barədə kompromat toplayırmış. Sənədlərə əsasən, ABŞ Yepiskopal kilsəsi tərəfindən əzabkeş kimi tanınan Kinq 45 qadınla kəbindənkənar əlaqədə və həm dostu, baltimor baptist kilsəsinin pastoru Loqan Kirs tərəfindən kilsəyə gəlmiş bir qadının zorlanmasının şahidi olub. Pastor Vaşinqtona - bir neçə qadının əhatəsində - Kinqə qonaq gəlibmiş. Audio yazının «deşifrəsi»nə əsasən, Kirs qadınlarla görüşmək üçün Kinqi öz otağına dəvət edib.

FTB-nin sənədi «danışır»: «Qadınlardan biri baş verənlərlə razılaşmadığını ifadə edəndən sonra, baptist keşiş ləngimədən onu zorlayıb və bu zaman Kinq «onlara baxıb, gülüb və məsləhətlər verib».

Dinləməklə məşğul olan FTB agentləri baş verənlərə müdaxilə etməyiblər, nədən ki, sonradan onlar Kinqi bu audioyazı ilə şantaj etməyə hazırlaşıblar (və bunu ediblər - bu barədə Kinqə uyğun məktub ünvanlayıb, özünə qəsd eməyi təklif ediblər).

Sənəddə o da xəbər verilir ki, ertəsi gün Kinq və ən azı 6 nəfər seksual «orgiya»da iştirak ediblər.

Devid Harrounun sözlərinə inanmamağa əsas yoxdur. 1987-ci ildə Harroru Kinqin dərc olunmuş bioqrafiyasına («Xaç gəzdirən») görə, Pulitserov mükafatını alıb. Bundan əlavə, bioqraf dəfələlə bəyan edib ki, öz siyasi baxışlarına görə, Amerika sosial-demokratlarına mənsubdur və Kinqi diskreditasiya etmək üçün onun sadəcə, siyasi motivi yoxdur. Harrounun şəxsi reputasiyası ləkəsizdir və o, sübut edib ki, hər şeydən əvvəl, tarixçidir. Görünür ki, Kinqin həyatının ləkəli tərəflərini açıb göstərmək onun üçün ağrılı olub...

Bu gün kompromat-audioyazılar ABŞ Milli arxivində möhürlənmiş məhkəmə qərarı ilə birlikdə saxlanır. Harrorunun sözlərinə görə, materialların tam açıqlanacağını 2027-ci ildən əvvəl gözləməyə dəyməz. Odur ki, hələlik artıq məlum faktları dərin analizə məruz qoymağa dəyər...

Martin Lüter Kinqin bundan əvvəlki bioqrafiyasında Harrou onun «sərsəm seksual macəraları»nı xatırladır, amma hər dəfə də qeyd edir ki, hüquq müdafiəçisinə geniş ilham verən bir fiqur kimi yanaşıb.

1968-ci ildə Memfisdə çoxminli etiraz aksiyası zamanı snayper atəşi ilə ölümcül yaralanan Doktor Kinqin 39 yaşı olub. Yüzlərlə Amerika küçəsinə, kitabxanasına, xeyriyyə fondlarına, tibb mərkəzlərinə onun adı verilib. 2011-ci ildə Vaşinqtonda Milli xiyabanda Kinqin xatirəsinə həsr olunmuş memorial açılıb, hər il yanvarın üçüncü günü ABŞ-da «Martin Lüter Kinq» günü və dövlət istirahət günü qeyd olunur.

«Mən həmişə onun fədakarlığına, mənəvi cazibəsinə inanmışam» - deyə, Devid Harrou qeyd edir. Buna baxmayaraq, müəllif ETİRAF EDİR Kİ, Kinqin gerçək tarixçəsinin saxtalaşdırılmasının miqyası barədə təsəvvürə malik olmayıb.

«Mən, həmişə hesab etmişəm ki, (onun həyatında - Red.) yalnız 10-12 qadın olub, 40-45 yox!» - Harroru danışıb.

Təsəvvür edin, FTB Amerikanın tanınmış siyasətçisini və ictimai xadimini «onun fəallığı vəziyyəti gərginləşdirə bilər» bəhanəsi altında izləyir. Bu zaman, xüsusi xidmətlər onu ləkələmək məqsədilə, seksual xarakterli materiallar əldə etmək üçün dinləmələrə əl atır. Bu zaman FTB rəhbərliyi ilk olaraq bu siyasətçi «üzərində işləmək» xeyir-duası verir, ancaq sonrakı bütün hallarda öz fəaliyyətini inkar edir - tanış üsul deyilmi?

Əlbəttə, Donald Tramp üzərində 2016-cı ildə nəzarətə başlayan və yarım əsr bundan əvvəl Martin Lüter Kinqi nəzarət altına almış xüsusi xidmətlər arasındakı paralellər ilk baxışda təəccüblü görünə bilər. Ancaq, müəyyən oxşarlıqlar var: Kinqlə bağlı vəziyyətdə «FTB-çilər» beynəlxalq kommunist hərəkatından (oxu: SSRİ-dən) ehtiyatlanırlar. ABŞ-ın fəaliyyətdə olan prezidenti Trampla bağlı isə söhbət necə deyərlər, «Rusiya müdaxiləsi»ndən gedir - guya, Trampa prezident seçkilərində qələbəni Rusiyanın müdaxiləsi təmin edib. Hər iki halda xüsusi xidmətlər hətta çirkli «alt paltarına» qədər hər şeyi «alt-üst» etmək kimi bir rəzalətə baş vurublar. Ancaq, bizim müstəqillik və satın alına bilməyənlik nümunəsi kimi qəbul etdiyimiz ABŞ KİV-ləri bu qalmaqallı məsələlərə heyrətamiz bir tərzdə «göz yumub və indi də yumur».

Belə çıxır ki, «ABŞ demokratiyası»nın altında «su varmış»...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Müfəttiş 2019-07-23 20:55:01

İndi bizə nə məsləhət bilirsən ay Mirzə,deyirəm bəlkə elə bu məsələyə görə demokratiyadan birdəfəlik imtina edək. Jurnalistlərə ənam ediləcək binanın mərtəbələri yüksəldikcə, hələ cox kəşflərin şahidi olacağıq...

Son yazılar