Ermənistanın XİN başçısı Gürcüstana rəsmi səfər edəcək

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan iyulun 24-25-də Gürcüstana rəsmi səfər gedəcək.

“Report” erməni KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə İdarəsindən bildiriblər.

Z.Mnasakanyan gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşəcək. Görüşdən sonra nazirlər mətbuat konfransı keçiricəklər.

Ermənistanın XİN başçısı Gürcüstanın baş naziri Mamuka Baxtadze və parlamentin sədri Arçil Talakvadze ilə görüşəcək.

Z.Mnasakanyan Gürcüstandakı erməni icmasının nümayəndələri ilə də görüşü planlaşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar