“Premium Bank”ın xalis mənfəəti 36% azalıb

“Premium Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 648,76 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 8,3% çoxdur.

“Premium Bank”ın aktivlərinin 562,612 milyon manatı müştərilərə verilmiş xalis kreditlədir. Son 1 ildə Bankın kredit portfeli 7,7% böyüyüb.

Hesabat dövründə “Premium Bank”ın cəmi öhdəlikləri 11,8% artaraq 523,599 milyon manata, o cümlədən depozit portfeli 5,5% artaraq 472,148 milyon manata çatıb, cəmi kapitalı isə 4,3% azalaraq 125,161 milyon manata düşüb.

Bu ilin yanvar-iyun aylarında “Premium Bank”ın gəlirləri 31,59 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 17% çox), xərcləri 24,496 milyon manat (11% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,506 milyon manat (80,2% az), mənfəət vergisi ödəmələri isə 747 min manat (2,8 dəfə çox) təşkil edib. Son nəticədə Bank I yarımili 7,853 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 35,9% azdır.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 104,601 milyon manatdır. Bankın səhmlərinin 84,48%-I Zərifə Həmzəyevaya, 15,22%-I "VIP Aviation Services" MMC-yə, 0,31%-i isə Elvira Əhmədovaya məxsusdur.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar