Rəsmi saytı yeniləməyə 20 min manat

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəsmi saytı yenidən hazırlanacaq.

"Report" xəbər verir ki, bununla bağlı MBNP-nin elan etdiyi kotorovka sorğusunun qalibi müəyyənləşib.

Belə ki, qurum tərəfindən iyunun 4-də keçirilmiş "Palatanın rəsmi internet səhifəsinin yenidən hazırlanması" xidmətinin satın alınması üzrə kotirovka sorğusu üsulu ilə satınalmaya dair müsabiqədə "SF-Media" MMC 19.700 (on doqquz min yeddi yüz) manat məbləği ilə qalib elan olunub.

Qalib gəlmiş iştirakçı ilə iyulun 19-da müvafiq satınalma müqaviləsi imzalanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar