Məhkəmə müstəntiq barəsində xüsusi qərar çıxarıb

Dərc olunub: 23/07/2019 - 17:43

245d370ba4a59f2Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş deputatlığa namizədə Xalidə Şirəlizadə və onunla birgə ittiham olunan Firdovsi Şirəliyevlə Suiddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət verərək cinayət işinin istintaqında kobud qanun pozuntuları olduğu üçün cinayət işinin geri qaytarılmasını və həmçinin müstəntiq barəsində xüsusi qərar qəbul edilməsini istəyiblər. Onların vəsatəti təmin edilib. Cinayət işinin baxılmasına xitam verilib və Nizami rayon Polis İdarəsinə qaytarılıb. Həmçinin müstəntiq Nicat Nayıbovun haqqında xüsusi qərar çıxarılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşları işə düzəltmək və başqa adlarla aldadıb, pullarını ələ keçirməkdə günahlandırılırlar. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, X.Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.








loading...


Fikrinizi bildirin