BVF neftin qiyməti üzrə proqnozunu artırıb
Baxiş sayı:
Dərc olunub:
23/07/2019 - 18:19
Beynəlxalq Valyuta Fondu (BVF) neftin bir barelə olan qiyməti üzrə 2019-2020-ci illər üçün proqnozlarını 65,52 və 63,88 ABŞ dollarınadək artırıb (artım müvafiq olaraq 6,36 dollar və 4,86 dollar).
Bu barədə “APA-Economics” BVF-nin “World Economic Outlook” hesabatına istinadən xəbər verir.
“Ötən il neftin bir barelə olan təxmini orta qiyməti 68,33 dollar olub. Bazar fyuçerslərinə əsaslanan neftin 2019-cu il üçün təxmin edilən qiyməti 65,52 dollar, 2020-ci il üçün isə 63,88 dollar səviyyəsində proqnozlaşdırılır", - deyə Fondun hesabatında bildirilir.
Qeyd edək ki, cari ilin aprelində BVF 2019-cu il üçün neftin qiymətini 59,16 dollar, 2020-ci il üçün isə 59,02 dollar səviyyəsində proqnozlaşdırırdı.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.