"İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR..." - “80 min manatı ona “yükləyiblər””

Xəbər verildiyi kimi, ötən gün "Azərpoçt" MMC-nin Salyan filialının rəisi Mehdiyev Elxan Ərəstun oğlu iş otağında dünyasını dəyişib. 1957-ci il təvəllüdlü E.Mehdiyevin ürək tutmasından vəfat etdiyi barədə məlumatlar yayılıb.

Lakin rabitə sektorundakı adının çəkilməsini istəməyən mənbə “AzPolitika.info”ya verdiyi məlumatda bu hadisənin təsadüfi olmadığını iddia edərək, mərhumun qurumun rəhbərliyi ilə ciddi problemlərinin olduğunu bildirib: “İş otağında ölü tapılan Elxan Mehdiyev  “Azərpoçt” un rəhbərliyi tərəfindən təhdid edilib və sistemin mənimsədiyi 80 min manat pulu ona "yükləyiblər''”.

Mənbə qeyd edir ki, bu ölüm hadisəsinin ciddi şəkildə araşdırılmasına ehtiyac var. Belə ki, hadisədən 1 həftə öncə “Azərpoçt”un vəzifəli şəxslərindən birinin E.Mehdiyevə telefonda ciddi hədə-qorxu gələrək, yaranmış “yeyinti” ilə bağlı məsuliyyətin onun üzərində olduğunu dediyi bildirilir.

Xatırladaq ki, ötən saylarımızda “Azərpoçt”da tətbiq olunan “COLVİR” sisteminin yeni versiyasının yaratdığı problemlərdən söz açılmışdı. Həmin sistemlə bağlı qurumdakı mənbənin söylədiklərinə görə, bu yenilik poçt şöbələrində süni şəkildə şişirdilmiş borc məbləğləri yaradır: “Günün sonu ödəniş qəbzlərini, kassadakı nəğd pulları və sistemdəki rəqəmləri müqayisə etdikdə məlum olur ki, sistemin hesabında rəqəmlər süni şəkildə artır. Rəqəmlərin belə “şişməsi” aprel ayından müşahidə olunur. Sistemin yenilənməsi adı altında əslində poçt işçilərinin ciblərini talan edirlər… Kassada nəğd pul vəsaiti yoxdur, amma sistemin hesabında pul günü-gündən “şişir”. Baş verən bu hadisələr insanda elə fikir yaradır ki, “COLVİR” sisteminin yeni versiyası günahsız poçt işçilərini, necə deyərlər, “şərləmək”, oğurluqda ittiham etmək məqsədilə yaradılıb”.

Mənbə iddia edir ki, E.Mehdiyev də bu sistemin güdazına gedib: “Həmin gün Elxan bir tikə çörək də yeyə bilməyib, avtomobilini yüksək sürətlə idarə edərək, evinə gəlib. Evdəkilər də onun rənginin boğulmasını görüb, narahat olublar. Deyilənə görə, bu yaxınlarda Bakıya “Azərpoçt”a çağırılan Elxan baş idarədə ciddi təhdid edilib, konkret sistemin mənimsədiyi pula görə onu "yükləyiblər” və tez bir zamanda həmin məbləği ödəməsini tələb ediblər. Halbuki, Filial rəisi sistemin hesabında yaranmış süni rəqəmlərin artmasıyla bağlı dəfələrlə qurum rəhbərliyinə müraciət edib və bunun araşdırılmasını tələb edib…”

Sonda mənbə iddia edir ki, E.Mehdiyev məhz bu təzyiq və təhdidlərin qurbanı olub və “Azərpoçt” rəhbərliyinin istifadə etdiyi əsassız şərləmə və təhdidlər davam etdikcə, belə qurbanların sayı artacaq.

“AzPolitika.info” məlumatda qeyd olunanlarla bağlı “Azərpoçt”un da mövqeyini dərc etməyə hazırdır.

Tahir

635x100

Şərhlər

Ardı 2019-07-23 18:33:36

təhrif olunmuş Etiraz ərizəsi ilə müraciət edərək mənim tələbimin təmin olunmamasını xahiş etmişdir. Mənim qanunsuz işdən azad olunmağımı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Əmək müqaviləm Əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilməsi bildirilmişdir. Əli Abdullayev DƏMX-nin rəyinidə nəzərə almamışdır. Rabitədə belə özbaşnalıqlar heç vaxt olmamışdır. Vətəndaşın müraciətlərinə əhəmiyyət belə verməyirlər..Elə bilki Rabitə Nazirliyi dədələrinin şəxsi mülkləridir .Çox acınacaqlı vəziyyətdir ?

Azərpoçtun işçisi 2019-07-23 18:33:36

Arif müəllim demişkən Ağdamdan baş verən faciyənin 40-ı çıxmamış Salyanda təkrarlanı, neçə ildir Azərpoçtda işləyirəm belə özbaşınalığa rast gəlməmişdim.

Arif Əliyev 2019-07-23 18:33:36

Davam edir 37-ddi bakı-115 saylı poçt şöbəsinin təzə rəisinin mənimsələdiyi 22000 min manata görə istintaq aparılır mənim üçn önəmli o durki müstəntiq sual edərki Emin qağa axı bu adam poçtda işləməiyb? o sahə üzrə təhsil almayıb? necə olduki bunu rəis etdiniz?.Mən bu sahə üzrə mütəxəsisəm 41-il ardıcıl bu sahədə işləmişəm əksər yeyinti olan poçtlarda istər daxili yoxlamalarda istərsədə prokurluğun apardığı araşdırmalarda iştirak etmişəm yalnız bunu deyə bilərəm bir poçt rəisi işi ən azından 8-10-lə öyrənir

Adil 2019-07-23 18:33:36

Ramin Quluzadə Zərdab Telekomunun həyətini 150 min manata bir nəfərə satıb və orada restoran tikilir.Təəcublu budur ki, həmin restoran həm telekomun kozəl binasının qarşısını kəsib görünməz edib, həmdə telekom və poçtamta kiriş çıxışı məhdudlaşdırıb.R.Quluzadə NRYT nazirliyini açıq hərraca çıxarıb satır həm də heç kimdən qorxub çəkinmədən.Bunun arxasında duran kimdir ki??????

İ.Mustafaoğlu 2019-07-23 18:33:36

Peşəkar rabitəçiləri qanunsuz işdən azad edərək,yerlərinə qeyri-peşəkar rabitəçilərin təyin etmələri dövlət vəsaitini əyri yollarla mənimsəmək deməkdir. Nə qədər ki, nazir müavini Əli Abdullayevin qanunsuz əməllərinə göz yumulur,belə xoşagəlməz hallar çox olacaqdır. Əli Abdullayev peşəkar rabitəçilərin işə bərpa olunmasına da müdaxilə edir.Belə ki,Səbail rayon Məhkəməsinə İddia ərizəsi ilə işə bərpa olunmağımla əlaqədar müraciət etdim. Məhkəmə başlayan ilk gündən 2-nəfər nümayəndə göndərməklə yanaşı Etiraz

pewekar rabiteciye ve arife 2019-07-23 18:33:36

bir ayda 2 poşt işçisinin iş vaxti işde ölməsi ikisi de pul üstunde bu nedir azerpoştda soyqirim başlayib???????

Arif Əliyev 2019-07-23 18:33:36

Nə qədərki, NRYT-lar nazirliyin arxasında Əmlak, Əmlakın arxasında gözə görünməyənlər (əslində onlar bir-iki nəfərdirlər onları indi bütün rabitəçilər və əmlakçılar tanıyır)möhkəm qalsalarda, heç bir xeyri olmayacaq, belə idarəçilikdə, idarəolunmazların arxasında dayananlar, bir özünüz insafən kənardan araşdırma aparsanız, nə dediyimi anlayarsınız, bəlkə millətə, dövlətə etdiyiniz zorların, sizlər üçün, nəylə nəticələndiyini biləsiniz!Hər halda düşünün, Prizdentimiz İlham Əliyev cənablarını aldatmaq olar?

Oxucu 2019-07-23 18:33:36

Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə idarəsinin (TMİ) əməkdaşları mühafizə etdikləri müəssisə və idarələrdə əmək müqaviləsi ilə işə götürülürlər və həmin müəssilərdən əməkhaqqı alırlar.Əmr və sərəncamlar isə TMİ-dən göndərilir.Bu cür absurd vəziyyət başa düşülən deyil.TMİ-nin bütün işçiləri başqa müəssisələrin tabeçiliyindədirsə,əcaba bu TMİ nəyə və kimə gərəkdir.

peşəkar rabitəçi 2019-07-23 18:33:36

Bu rəis də vaxtı ilə BANK müdiri olub. Aldadıb gətirdilər sonra da zibilə saldılar Bu da son

qaqaw 2019-07-23 18:33:36

hormetli poştaviklər. fikir verin 2018-ci ilin əvvəlindən poştun cökuşu başlayib ve 2018-ci ilin əvvəlinə qədər şöbələrdə pullarin bu cur şişmələri sünüi yeyintilər oğurluqlar poşt işçilərinə şərləmələr şantajlar olmamişdi. yəni bu qədər yazilan və deyilənlər azerpoctun çölündən bu qeder gorunmez ewidilmez olubdur? poçtun gəlir xərci də müqayisə edin əvvəl və indi poçtun çökməsini aydın görəcəksiniz

BU HADİSƏ: 2019-07-23 18:33:36

Rabitə və Nəqliyyat Nazirliyində ...... AĞIR NƏTİCƏSİdir!

matin 2019-07-23 18:33:36

emin afandiyev rusvatxordur

Rabitəçi. 2019-07-23 18:33:36

Azərpoçtda baş verən oğruluq Kolverdə aparılan dəyişiklərdən sonra oldu, bəs limitin pozulması halı kimdən oldu? bu qədər poçtlardan oğrular pul oğradılar, yazığ poçt işçilərin əksəriyətini, Ağdamdakı, Salyandakı, faciyələrin talehi gözləyir.Marağlıdır hələ ölkədə belə dərinləşən öz başınalıq olmamışdı, görəsən güc nazirləri, hökümət nümayəndələri, bucür faciyələrə niyə biganə yanaşırlar, axı doğurdanda rabitəçiləri əzirlər bu yaxınlarda 100km poçtun yeruini saxta yolla 650000 min manata satıblar.

Son yazılar