"Azərsun Holdinq"in son durumu - Öhdəlikləri artıb, mənfəəti azalıb

"Azərsun Holdinq" MMC 31 dekabr 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" xəbər verir ki, sözügedən dövrə holdinqin cəmi aktivləri 705 mln. 379 min 598 manat olub.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% çoxdur. Şirkətin aktivkərinin tərkibində cəmi uzunmüddətli aktivlər 266 mln. 602 min 267 manat, cəmi qısamüddətli aktivləri isı 438 mln. 777 min 331 manat olub.

Ötən ilin sonunda "Azərsun Holdinq"in cəmi öhdəlikləri 426 mln. 33 min 408 manat olub ki, bu da 2017-ci il ilə müqayisədə 37 mln. manat və ya 9,5% çoxdur.

Şirkət nizamnamə kapitalını 17,5 mln. manat artıraraq 90 mln. manata çatdırıb. Cəmi kapitalı isə 1 il ərzində 8,7% artaraq 279 mln. 346 min 190 manat olub.

MƏNFƏƏTİ AZALIB

Ötən il ərzində holdinqin gəlirləri 730 mln. 2 min 688 manat, satışının maya dəyəri isə 646 mln. 83 min 19 manat olub. İl üzrə mənfəəti 32 mln. 945 min 782 manat olan şirkət 11 mln. 484 min 193 manat mənfəət vergisi hesablayıb və artıq ödənilmiş 536 min 12 manat vergini həmin məbləğdən çıxıb.

Beləliklə, "Azərsun Holdinq"in il üzrə cəmi məcmu gəliri 21 mln. 997 min 601 manat olub. Bu isə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 5 mln. manat və ya 19% azdır.

635x100

Şərhlər

t.ədalət 2019-07-23 18:45:18

Azərbaycan vətəndaşlarına ziyan vuranların birincisi "Azərsun"dur.Bu şirkətin hesabına özəl klinikalar qaz vurub,qazan doldurur.Qida sənayesini əlinə alan GOOZLın istehsal etdiyi trans yağların hesabına insan orqanizminin damarları sıradan çıxır,ürək əməliyyatlarının sayı artır.Diabet xəstələrinə çəkilən xərclər "Azərsun"dan əldə edilən "gəlirdən" dəfələrlə çoxdur.Həm də böyük sayda xəstələr ordusu yaranıb.Bizi bu yezuitdən xilas edəcək adam tapılacaqmı?Yezuitlərlə erməni milləti arasında fərq yoxdur..

Son yazılar