Senat Mark Esperi Pentaqon rəhbəri kimi təsdiq edib

ABŞ Konqresinin Senatı Mark Esperin müdafiə naziri postuna namizədliyini təsdiq edib.

"Report" "The Washington Post" nəşrinə istinadla xəbər verir ki, onun namizədliyini 90 senator dəstəkləyib, 8-i əleyhinə səs verib.

Esper daha əvvəl Pentaqonun rəhbəri vəzifələrinin icraçısı olub.

İyunda ABŞ prezidenti Donald Tramp bunadək "Raytheon" şirkətində lobbiçi işləyən Mark Esperi müdafiə naziri təyin etmək niyyətində olduğunu bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar