"Mançester Yunayted"dən 75 milyonluq transfer

“Mançester Yunayted” heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.

Qol.az İtaliya mətbuatına istinadla xəbər verir ki, “mankunyanlar” Latiso”nun yarımmüdafiəçisi Milinkoviç Saviçi transfer edir. Serbiya millisinin üzvü ilə razılıq əldə olunub. Onunla 5 illik müqavilə imzalanacağı bildirilir.

“MY”-in bu transfer üçün qarşı tərəfə 75 milyon avro ödəyəcəyi iddia olunur.

Qeyd edək ki, Saviç ötən mövsüm A Seriyasında 31 oyuna 5 qol vurub, 3 qol ötürməsi edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar