DƏNİZİ HASARLAYAN İŞ ADAMI İLƏ BAĞLI YENİ QƏRAR - ƏMDK-nın şikayətinə baxılıb

Bakı Apellyasiya Məhkəməsində məşhur iş adamı, "Sədərək" ticrarət mərkəzinin sahibi Yusif Qədimbəylinin cərimələnməsi barədə qərarın ləğv edilməsi ilə bağlı qərardan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən şikayətə baxılıb.

Hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda Nəsimi Rayon Məhkəməsinin qərarı ləğv edilib.

İş yenidən baxılması üçün birinci instansiyaya qaytarılıb.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi Y.Qədimbəyli barəsində İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsi ilə protokol tərtib edib.

Bu maddə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması ilə bağlı məsuliyyəti nəzərdə tutur.

Y.Qədimbəyli bu əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsində təqsirləndirilir. Bu əmələ görə, fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

Nəsimi Rayon Məhkəməsi cərimə qərarını ləğv edib. Bu qərardan Komitənin verdiyi apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Qeyd edək ki, Yusif Qədimbəyli "Sədərək" ticrarət mərkəzinin və Qubada yerləşən Qafqaz TV (əvvəllər "Xəyal" adlanıb) regional telekanalının sahibidir. /"Report"

635x100

Şərhlər

Suala cavab 2019-07-24 15:12:35

Bu albinosdur.Albinizm (lat. alba - ağ ) anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Bir də ki,gürcü Saakaşvili Ukraynada qubernator ola bilir,bir kimsə burda hakim də olmasın

veteran 2019-07-24 15:12:35

taxtabiti, dəvəquşu və kəlçə.............

XİDMƏTDƏN 2019-07-24 15:12:35

RİZVAN SƏFƏROV APELLYASİYA MƏHKƏMƏSİNİN CİNAYƏT KOLLEGİYASININ HAKİMİ VƏ SƏDRİDİR.QƏDİMBƏYLİNİN İŞİ İSƏ MÜLKİ İŞLƏRƏ AİDDİR.CİNAYƏT KOLLEGİYASININ HAKİMİ MÜLKİ İŞLƏRƏ BAXIBSA DEMƏLİ KƏLƏM HƏSƏNOV YENƏ SİFARİŞLƏ QƏRAR ÇIXARTDIRIB. KƏLƏM KİV-DƏ YAZILAN QƏDİMBƏYLİ KƏLƏM HƏSƏNOVA QALİB GƏLDİ YAZISINI OXUYANDAN SONRA GÖZÜNƏ YUXU GƏLMİRDİ.BƏS NECƏ MƏŞƏDİ İBADDAKI RZA BƏY DEMİŞKƏN QƏDİMBƏYLİ KİMDİR KƏLƏMƏ QALİB GƏLƏ?QƏDİMBƏYLİ SEVİNSİN Kİ,KƏLƏMİN DOSTU ELDAR MAHMUDOV YOXDUR YOXSA EVİNDƏN TANK, TOP ÇIXA BİLƏRDİ.

sual 2019-07-24 15:12:35

Bu melumatda, yuxaridaki foto shekilde olan adam, hansi milletdendir? Bu adam, azerbaycanliya OXSHAMIR, amma, MASKALANIB ad ve soyadi azerbaycanli kimi.

Son yazılar