"Zorla intervyu də alacaqlar, hələ başqa şeylər də edəcəklər..." - Abid Şərifov

Sosial şəbəkələrdə “Kanal13”ün əməkdaşı Nurlan Librenin Baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üzərinə çıxaraq onun hərəkətinə mane olmasını əks etdirən görüntüləri müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Abid Şərifov Modern.az-a açıqlamasında geniş danışmaq istəməsə də, ilk dəfə belə halla rastlaşdığını dilə gətirib:

“Hər şey görmüşdüm, bircə bunu görməmişdim ki, müsahibə almaq üçün maşının üstünə çıxsınlar. Bunlar üçün ayrıca müsahibə verməyə ehtiyac varmı?!”

O, jurnalistin işdən azad edilməsi məsələsi ilə maraqlanmadığını bildirib:

“Mən heç maraqlanmıram da ki, o kimdir, nəçidir, işdən çıxarılıb yaxud çıxarılmayıb. Bunlardan xəbərim yoxdur. Heç vaxtım və həvəsim də yoxdur ki, onunla maraqlanım. Çıxarıblarsa da özləri bilər, saxlayıblarsa da özləri bilərlər. Amma mən belə şeyi nə görmüşdüm, nə də eşitmişdim. Qismətdə bunu da görmək varmış. Allah sonrasından saxlasın. Belə getsə, jurnalistlər çox şey edəcəklər, zorla intervyu də alacaqlar, hələ başqa şeylər də edəcəklər. O hərəkət zorla intervyu almaq idi də, istəyim olmadığı halda maşının belinə minir, maşını saxlayır. Ayıbdır, heç bir çərçivəyə sığmır bu hərəkətlər”.

Qeyd edək ki, dünən bir qrup jurnalist Abid Şərifova sual ünvanlasa da, Baş nazirin sabiq müavini bunları cavablandırmaqdan imtina edib və avtomobilinə əyləşib. Bu zaman Nurlan Libre avtomobilin qarşısını kəsib və A.Şərifovun avtomobilinin üzərinə çıxıb.

“Kanal13”ün rəhbəri Anar Orucovun bildirdiyinə görə, həmin əməkdaş artıq işdən azad edilib.

635x100

Şərhlər

NUR əddin 2019-07-24 18:31:13

MƏMURLARIN BUNKERLƏRİNƏ DAXİL OLMAQ, ONLARA İCTİMAİYYƏTİN SUAL VƏ İSTƏKLƏRİNİ ÇATDIRMAQ MÜMKÜN OLMADIĞI ÜÇÜN JURNALİSTİN İSTİFADƏ ETDİYİ METOD FƏDAKARLIQDIR VƏ ALQIŞA LAYİQDİR.BÜTÜN VASİTƏLƏRDƏN İSTİFADƏ ETMƏKLƏ MƏMURLARA MEDİAYA AÇIQ OLMAĞA MƏCBUR ETMƏK LAZIMDIR.NƏ VAXTA QƏDƏR BUNLAR QARA ŞÜŞƏLƏR,BAĞLI QAPILAR ARXASINDA GİZLƏNƏCƏKLƏR?NƏ VAXT ONLARIN NƏ ÜÇÜN GİZLƏNDİKLƏRİNİ VƏ NƏDƏN QORXDUQLARINI ÜZLƏRİNƏ DEYƏCƏYİK. ƏMƏKDAŞINI İŞDƏN XARİC ETDİYİNƏ GÖRƏ KANAL 13-ün RƏHBƏRLİNİ İKRAH VƏ ŞİDDƏTLƏ QINAYIRIQ.

Son yazılar