Azərbaycan bankları xarici sərmayənin 20%-i itirib

Avqustun 1-i üçün əhalinin bank əmanətləri 6 mlrd 940 mln manat (ilin əvvəli ilə müqayisədə + 8,5%) olub.

AMB-nin məlumatına görə, manatla əmanətlər 7 ayda 13,25% artaraq 4 mlrd 403,6 mln manat və ya bütün əmanətlərin 63,5%-i olub. Xarici valyuta ilə əmanətlər 1,2% artaraq 2 mlrd 536,5 mln manata çatıb.

Rezidentlərin hesabında 1 avqust üçün 6 mlrd 310,9 mln manat, qeyri-rezidentlərin hesabında 629,1 mln manat olub. Vətəndaşların əmanəti 12,3% artıb, əcnəbilərinki 18,88% azalıb. Maliyyəçilər bunu bir sıra banklarda yoxlamalar və Royal Bank-ın iflası ilə bağlayır.

1 avqust üçün banklarda əmanət və depozit həcmi 14 mlrd 558,1 mln manat (ilin əvvəli ilə müqayisədə +16,7%) təşkil edib. /"Turan"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar