"ƏLİ HƏSƏNOV BİZİ ALDADIB" - “Haber Türk” Baş nazirin müavinini ittiham etdi (VİDEO)

Türkiyənin məşhur “Haber Türk” kanalında baş nazirin müavini Əli Həsənovun barəsində reportaj yayımlanıb.

Gununsesi.org-un xəbərinə görə, reportajda Əli Həsənovun nəvəsinin avtoqəza xəbərindən söhbət açılır.

Hadisə zamanı yaralanan şəxslərin şikayətini yayımlayan kanal baş nazirin müavinini zərərçəkən tərəfi aldatmaqda günahlandırıb. Bildirilir ki, qəzadan sonra Əli Həsənov onları şikayətçi olmamağa və bunu müqabilində bütün xərcləri ödəyəcəyinə dair vəd versə də buna əməl etməyib.

Həmin reportajı təqdim edirik:

“Ötən gün Türkiyənin “Haber Türk” telekanalı iş adamı Elman Allahverdiyevin oğlu Nail Allahverdiyevin 2 il əvvəl törətdiyi avtomobil qəzası ilə bağlı reportaj hazırlayıb. Məlumat üçün bildiririk ki, Mutallib Tekişin həmin TV-yə təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir”.

Bunu APA-ya Elman Allahverdiyevin vəkili Muxtar Mustafayev deyib.

O bildirib ki, M. Tekişin təqdim etdiyi fotolar və görüntülər 2017-ci ilə aiddir və hazırkı vəziyyəti əks etdirmir: “Mutallib Tekiş kimi onun həyat yoldaşı Songül Tekişin də özləri tərəfindən seçilmiş Türkiyədə yerləşən xəstəxananın bütün müalicə xərcləri Azərbaycan Mülki Məcəlləsinin tələblərinə əsasən, qəzanı törətmiş avtomobilin, yəni yüksək təhlükə mənbəyinin sahibi “Gardenia” MMC-nin təsisçisi, iş adamı Elman Allahverdiyev tərəfindən ödənilib və 2 il ərzində reabilitasiya dönəmini tam başa vurublar. Müayinə və müalicə xərclərindən başqa, Mutallib Tekişə və Songül Tekişə maddi tələblərinə görə iş adamı Elman Allahverdiyev tərəfindən ödənişlər edilib. Bütün ödənişlər rəsmi qaydada Azərbaycanda fəaliyyət göstərən banklar vasitəsi ilə edilib və bunu təsdiq edən müvafiq sənədlər mövcuddur. Mutallib Tekişə və onun həyat yoldaşına dəymiş ziyanın ödəniləcəyi ilə bağlı təminat verilib, bu təminat bu gün də qüvvədədir, onun yerinə yetirilməsindən imtina edilməyib”.

Vəkil qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və Nail Allahverdiyev törətdiyi əməlin ağırlığına görə məhkəmənin çıxardığı hökmə uyğun olaraq cəzasını çəkir: “Mutallibin Tekişin bütün müsahibələrində, yazışmalarında hadisəni törətmiş şəxsin ana babası – Baş Nazirin müavini Əli Həsənovun adını hallandırması isə heç bir etik çərçivəyə sığmır. Tərəfimizdən “Haber Türk” kanalına yayılmış məlumatın həqiqətə uyğun olmadığı barədə açıqlama göndəriləcək. İş adamı Elman Allahverdiyevin vəkili olaraq bildirirəm ki, gəlin bu problemi Azərbaycan qanunvericiliyinə uyğun olaraq məhkəmə müstəvisində həll edək”.

635x100

Şərhlər

patriot 2019-07-24 19:26:36

Ayib olsun bele memura ki,qardash olkenin vetendashlarinada torba tikir.Allah her shei gorur

emin odemisli 2019-07-24 19:26:36

Türk halkı olarak Azerbaycanı ve orada yaşayan insanları çok seviyoruz. Ama lütfen şunu göz önünde bulundurun Ali Hasanovun torununa çocuk yaşta atılması gereken bir tokadın hesabını kaza geçiren çiftten sormayın.

барон 2019-07-24 19:26:36

Azərbaycanı belə dünyaya tanıdırlar,idmana mahnıya ehtiyac yoxdu

EJDER 2019-07-24 19:26:36

BELI,NAIL BALA QAJQINDI,SERHEDDE XIDMET EDIF,,BOYEVIKDI ,,QENERAL QAYINATASI KIMI,HAL NAZIRDA XARICDE KEYF ELEYIR,BIZNESMEN ATASININ HESABINA,HA HA HA BUNA ANALOQU OLMAYAN INKIWAF DEYERLER...KEYF ELEYIN.QAJQINLARIMIZIN TORPAQLARI YADLARINDAN CIXIF,XLEF PULU TELEV EDERLER.ELI MALLIM DEMIWKEN PULU ALAN KIMI BAZARA QAWMAYIN.HA HA HA .AYE WEREF..WOHRET ,,ORDENLERI QALMADI ,AYE

alı 2019-07-24 19:26:36

Bu vətəni daha necə biabır etməkolar.Bütün mümkün variantları etdiniz ki, bu ölkə rusvay olsun.Ay binəmənəcik bəyəm pulun yox idi ki, məsələni bu müstəviyə çıxarırdın????.Hesab edərdin ki, Gürcüstanda məlum qohumlarına xərcin bir az artıq cıxıb.Hələ utanmadan bunu YAP sədrinin müavini də ediblər.Səndən istefa verməkdən başqa yolu yox.

vetendash 2019-07-24 19:26:36

Internet saytlarinda yazilmish melumatlarda qeyd edilir ki, bu ƏLİ HƏSƏNOV, .... ƏLİ HƏSƏNOV oz nevesi-Nail Allahverdiyevi(avtomobil qəzasıni törətmişi), evlendirib generalin qizi ile (Dovlet Serhed Qoshunlarinin Komandani, general Elchin Quliyevin qizi ile). Qohumbazliq tuqyan edir hokumetde...

veteran 2019-07-24 19:26:36

əli həsənov pul verib ki ətrafı ürəkli danışır.amma söz verdiyi məbləği tam ödəməyib yarısın qırıb.ağlı gedib azərbaycan qaçqınlarına.keçməz türklər yalançını qapısına qədər qovacaqlar.

yehgibar 2019-07-24 19:26:36

Böhtandır, Əli kişi kasıb bir adamdır, özü də qaçqın yataqxanasında yaşayır.O türk özü gedib girib Nail balanın Galenvageninin altına.Nail bala 22 yaşında olmasına baxmayaraq alın təri, halal zəhməti ilə biznes qurmuş, həl 2-3 sinflərdə oxuyanda məktəbdə piraşki sataraq ailəsini, hətta babasını dolandırmışdır.Babası da sonradan bütün xalqı dolandırmışdır(türklərin dediyi mənada). Bu türklər bizdən nə istəyir, bu gün bir başqası da yazıb ki, o biri Əli Həsənovun villaları var... Yalançının...

hasan 2019-07-24 19:26:36

belə şəxsin baş nazirin müavini işləməsi özü utanc vericidir

Son yazılar