Amsterdam aeroportunda reyslərdə gecikmə yaranıb

Amsterdamın "Schiphol" hava limanında təyyarələrin yanacaqla doldurulması sistemində yaranan problem səbəbindən reyslərdə çoxsaylı gecikmələr yaranıb.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə aeroportun rəhbərliyinin məlumatında bildirilir.

Bildirilir ki, problem "Aircraft Fuel Supply" podratçı şirkətin avadanlıqlarında yaranan nasazlıq səbəbindən baş verib.

"Bu o deməkdir ki, təyyarələrə hazırda yanacaq vurmaq olmur və bu da reyslərin gecikməsinə səbəb olur", - deyə aeroportun bəyanatında deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar