“Sumqayıt” Türkiyədə ilk qələbəsini qazanıb

Türkiyədə toplanışda olan “Sumqayıt” futbol klubu ikinci yoxlama oyununu keçirib.

APA-nın məlumatına görə, Ayxan Abbasovun yetirmələri Türkmənistanın “Ahal” komandası ilə qarşılaşıb.

Matçın taleyini bir qol həll edib. 11-ci dəqiqədə asiyalıları məyus edən Əmir Ağayev sumqayıtlılara qələbə qazandırıb.

Bu, Topaz Premyer Liqası təmsilçisinin Türkiyədə ilk qələbəsi olub. “Sumqayıt” ilk oyununda Rumıniyanın “Petrolul” klubu ilə heç-heçə etmişdi – 2:2.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar