QƏZAYA UĞRAYAN HƏRBİ TƏYYARƏ TAPILDI - Pilotun axtarışı davam edir (YENİLƏNİB)

Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsi tapılıb.

"AzPolitika" xəbər verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında tanınmış politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: "Axtarışlarla bağlı hələlik bir yenilik yoxdur. Amma deyəsən, təyyarə tapılıb. Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar”.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

 

***

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

635x100

Şərhlər

Araz 2019-07-25 22:17:50

Yoldaş Türk müəllim,tamamilə düz deyirsiniz Rusiyanın hərbi texnikasının dünyada analoqu yoxdur.Rusiya daxili və xarıci hava reyslərini müstəsna olaraq öz analoqu olmayan uçaqları ilə təşkil edir.Türk nikini deyəsən S400 ə görə seçmisən.Keçən həftə bu S400 ün balaca qardaşı İsrail uçağını vurmaq istəyib və analoqsuzluq səbəbindən Şimali Kipr Türk Respublikası ərazinə düşüb.

vuqar 2019-07-25 22:17:50

Allah pilotumuza rehmet elesin! Urekagridan menzeredi!Ezizlerine basiniz sag olsun deyirik ve umid edirik ki iki korpe balasinin boyumesinde hokumet yardimcilari olacaq! ALLAH REHMET ELESIN!

can Azərbaycan 2019-07-25 22:17:50

zillət içərisində olmanın en betəri doğru konuşurken korkmaktır

Türk 2019-07-25 22:17:50

t.ədalət yəqin qəzaya uğrayan Boinqləridə Rusiya istehsal edir.Rusiyanın istehsal etdiyi hərbi texnikanın dünyada analoqu yoxdur.

Aydın 2019-07-25 22:17:50

Əvvəcə yenilər alınmalıdır ki, sonra köhnələrdən imtina edilsin. İlk növbədə qəzanın səbəbi dəqiqləşdirilməlidir.

fikrət 2019-07-25 22:17:50

vaxti kecmiş təyyarələrdi necə olur başqa dölətlərdə okeana düşür tapirlar azərbaycan o başdan bu başa 5 saatliq yoldu maşinla tapa bilmirlər burda nəsə var

Adil 2019-07-25 22:17:50

Boş boş şeyler yazmayın ən müasir teyyare de qezaya uğraya biler.

t.ədalət 2019-07-25 22:17:50

Belə qırıcılar ancaq Azərbaycan ordusunda mövcuddur.Rusiyadan alınan hərbi texnikalar beləcə güvəncsizdir.

Rauf 2019-07-25 22:17:50

MİQ-29 müasir hərbi texnika deyil. Yəqin ki Köhnədir,sroku keçmiş

Son yazılar