"Qəbələ" Avropa Liqasındakı ilk oyunda məğlub olub

"Qəbələ" UEFA Avropa Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, rəqib Gürcüstanın "Dinamo" kollektivi olub. Qəbələ şəhər stadionunda təşkil olunan qarşılaşma Tbilisi təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Matçdakı ilk qol birinci hissəyə təsadüf edib. Qonaqların heyətində Levan Katulya 41-ci dəqiqədə fərqlənib. 87-ci dəqiqədə isə Arfanq Daffe hesab arasındakı fərqi iki topa çatdırıb.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 1-də Tbilisidəki Boris Payçadze adına Dinamo stadionunda olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar