Rusiyada “BMW”, “Hyundai” və “Kia” avtomobilləri istehsal ediləcək

Rusiyanın “Avtotor” zavodu 2020-ci ilədək ildə 50 min xarici avtomobil istehsal edəcək yeni zavod tikəcək.

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, Kalininqrad vilayətində inşa ediləcək müəssisədə “Avtotor”un əsas tərəfdaşları olan “BMW”, “Hyundai” və “Kia” avtomobillərinin istehsalı planlaşdırılır.

Zavod 32 hektarlıq sahədə, “Avtotor”un fəaliyyət göstərdiyi ərazinin yaxınlığında yerləşəcək. Burada, həmçinin hər biri 25 min avtomobil buraxacaq 2 universal yığma xətti olacaq.

Yeni zavodun neçəyə başa gələcəyi hələlik açıqlanmır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar