ERMƏNİSTAN QARABAĞA YENİ YOL ÇƏKİR - Arazboyu əraziləri məskunlaşdırmaq planı...

Ermənistan Qarabağa üçüncü yolun çəkilişinə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün iyulun 25-də “Azadlıq” radiosuna müsahibəsində deyib. Qriqoryanın bildirdiyinə görə hökumət 2020-ci ildə Dağlıq Qarabağı Ermənistanla birləşdirən üçüncü yolun çəkilişini planlaşdırır. Bu yol Ermənistanın Qafan şəhərini işğal altındakı Hadrut rayonuna (Xocavənd) birləşdirəcək, uzunluğu 150 kilometr olacaq.

Təhlükəsizlik Şurasının katibi onu da bildirib ki, hökumət yolun çəkilişi haqda qərarı artıq qəbul edib və müvafiq maliyyə tapıb. Hərçənd Ərazi İnkişaf və İnfrastruktur Nazirliyi bildirir ki, layihə hələ işlənib hazırlanma mərhələsindədir, əlavə detalllar barədə açıqlama verə bilməzlər.

Ermənistanı işğal altındakı Qarabağla birləşdirən üçüncü yolun çəkilişi ideyası düşmən ölkədə neçə vaxtdır müzakirə olunurdu. Lakin bu ideya Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra reallaşma mərhələsinə daxil olub. İlin əvvəllərində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan işğal altındakı Füzuli rayonunun ərazisinə gələrək “Arazboyu ərazilərin məskunlaşdırılması” planı haqda danışmışdı. Vanetsyan bildirmişdi ki, onun hazırda dayandığı ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz, əksinə, həmin əraziləri məskunlaşdırmaq planı hazırlanır.

Bu baxımdan Qafanı Xocavəndlə birləşdirəcək üçüncü yolun çəkilməsi Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları məskunlaşdırmaq planlarına xidmət edir. Belə görünür ki, Yerevanda “bir qarış da torpaq qaytarmamaq” prinsipindən geri çəkilmirlər və danışıqlar ancaq formal əhəmiyyət daşıyır, vaxt udmağa xidmət edir.

Son dövrlərə qədər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeganə yol Gorus-Laçın-Xankəndi yolu idi. Lakin bir neçə il əvvəl Ermənistan Qarabağa ikinci yolu çəkdi, bu yol qədim Göyçə mahalını işğal altındakı Kəlbəcər rayonu ilə birləşdirir. İndi isə üçüncü yol planı açıqlanır.

Rəsmi Bakı Ermənistanın bu nümayişkarənə, təcavüzkar addımına kəskin reaksiya verməli, hətta beynəlxalq vasitəçilər üzərindən xəbərdarlıq etməlidir ki, Arazboyu ərazilərin məskunlaşdırılmasına, ora yeni yolun çəkilməsinə çox sərt cavab veriləcək. Azərbaycanın tamamilə haqqı və ixtiyarı var ki, bu yol çəkilişinə hərbi vasitələrlə qarşı çıxsın.

F.Məmmədov

635x100

Şərhlər

mexti muellim 2019-07-26 10:43:29

Day neyi gozleirik bunan sonra???? Yenede lazimi ????Bu qeder silahi bes niye almishiq?

Kasib oglan 2019-07-26 10:43:29

Bu uze biabrciliqdi.Niye yawayiriq day.Bu gunu de gorduk

dadaşyev 2019-07-26 10:43:29

Bəs deyirlər bunlar acından günorta dururlar.Dişlərinə vurmağa bir şey tapmaya-tapmaya o boyda yolları,həm də üçüncüsünü necə çəkirlər görəsən?

dadaşyev-ə 2019-07-26 10:43:29

Əşi onu AzTv deyirdiye. İnsanlar işə RAF-larla və PAZ avtobuslarla gedir. Nəinki dirilər, hətta ölülər də qəbirstanlıqdan çıxıb qaçaraq, ölkəni tərk edirlər. Başa düşmək olmurki bu tupoylar pul yoxdursa, ölkə boşalırsa yolu kimin üçün çəkirlər?

Millət 2019-07-26 10:43:29

Bizim qeyrətdən danışmağa haqqımız varmı? Ermənilər Qarabağı tam özəlləşdirib. Bizim vəzifəlilər isə ölkəni talan etməklə məşğuldurlar. Nə özləri nə də uşaqları müharibəyə gedib vətəni qorumaq istəmirlər deyə torpağı almaq üçün müharibə istəmirlər. Ancaq sevmədikləri vətənin qanını sorurlar.

Elli 2019-07-26 10:43:29

bütün bunları görmürlər, ya savadları yoxdur oxumurlar.niyə reaksiya yoxdur.nəyi və kimi gözləyirlər.erməni xoşduqla torpaqları verməyəcək.bunu birdəfəlik bilin.

Müfəttiş 2019-07-26 10:43:29

Bizimkilər də düz 20 ildir ki, Qubadan Şamaxıya yol çəkmək istəyirlər. Amma imkansızliqdan baş tutmur...

ferid 2019-07-26 10:43:29

Torpağ uğrunda öıən varsa Vətəndi Şəhidlər ölməz Vətən bölünməz

t.ədalət 2019-07-26 10:43:29

Biz torpaqlarımızın azadlığı uğrunda sözdə yox,işdə fikirləşsək,vəzifələrə doldurulmuş erməni balalarını kənarlaşdıra bilsək ərazilərimizdə heç bir erməni məskunlaşa bilməz.Bu qədər pul verib dronlar alan ölkəmiz,yəni ermənilərin ələ keçirdikləri yerlərə nəzarət edə bilmir?Şuşa məscidinin oxşarını Cocuq Mərcanlıda tikənlər,əlbəttə, ərazilərimizin erməniyə qalacağına bir addım yaxınlaşdılar..

EJDER 2019-07-26 10:43:29

BELI COOOOX SERTTT CAVAB VERILEJEK,ANCAQ,L A Z I M GELSE.HELE KI, BU ANALOQU OLMAYAN HOKUMET LAZIMI TAPA BILMIR,YAVAWLAYIR.DIQALAR TORPAQLARIMIZDA KEYF ELEYIR

Son yazılar