“RUSİYA GÜZƏŞTƏ GEDƏN KİMİ...” – “Viza rejiminin ləğvi gecikmiş qərardır”

“Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi xeyli yubanmış qərardır”.

“AzPolitika.info”nun məlumatına görə, Ədalət partiyasının sədri İlyas İsmayılov Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv olunması barədə qərara münasibət bildirərkən belə deyib. O, ovqat.com saytına açıqlamasında bu barədə danışıb.

Türkiyə ilə viza rejiminin, nəhayət, ləğvi barədə qərarı dünən Azərbaycan Xarici İşlər Nazirliyi açıqlayıb. Qərara görə bundan sonra Azərbaycana 30 günlük gələn Türkiyə vətəndaşları üçün viza tələb olunmayacaq.

İ.İsmayılov “gecikmiş” adlandırdığı bu qərarın Rusiyanın Türkiyə üçün viza rejimini asanlaşdırmasından sonraya təsadüf etməsinə diqqəti çəkib: “Təsəvvür edin, indiyədək Belarusa, Rusiyaya, İrana, adı dilimizə belə yatmayan Monteneqro, Bosniya və Herseqovina kimi cirtdan dövlətlərə tətbiq etdiyimiz sadələşdirilmiş viza rejimi can bir qardaşlarımıza çox görülmüşdü. Hətta hakimiyyətin dünənki qərarından sonra belə, varlığı ilə yoxluğu sezilməyən həmin dövlətçiklərin vətəndaşları Azərbaycanda türkiyəli qardaşlarımızdan daha geniş səyahət, qalmaq, gəzmək haqqına malikdirlər. Bir monteneqrolu Azərbaycanda 90 gün, bir türkiyəli isə 1 ay vizasız qala bilər. Halbuki, başımız dərdə düşəndə gözümüzün ilk zilləndiyi ölkə Türkiyə olur. Hətta bu vaxta qədər Türkiyənin yaşıl pasportluları ortaq düşmənimiz olan Ermənistanda 120 gün qala bilərdilər. Biz isə onlara bu haqqı da tanımamışdıq. Di gəl ki, beynəlxalq təzyiqləri yumşaltmaq üçün siyasi manevrlər etməyə məcbur olan Türkiyə Ermənistanla sərhədləri açacağını bildirən kimi Ankaraya elçilər göndərib səsini başına atanlar da bunlardır”.

İ.İsmayılov belə hesab edir ki, Türkiyə ilə viza rejiminin indiyədək ləğv olunmaması Rusiyanın mövqeyilə bağlı olub: “Türkiyəyə Rusiya razı olmadığı üçün eyni imtiyazı verə bilmirdilər. İndisə Rusiya Türkiyə vətəndaşları üçün viza rejimində müəyyən güzəştə gedən kimi, bizimkilər də onu təqlid etməyə başlayıblar”.

V.Nəsibov

635x100

Şərhlər

Məhəmməd 2019-07-26 12:07:34

Azərbaycan Xarici işlər nazirliyi tam ruspərəst, qismən də iranpərəst bir qurumdur. Nazir və onun müavinləri ryspərəstdirlər. Müavinlərdən biri isə iranın maraqlarına açıqca lobbiçilik edir. Odur ki, xin-dən türkçülük və ya Türkiyəyə simpatiya gözləmək sadəlövhlük olardı.

O.B.N 2019-07-26 12:07:34

Rusyanın mədəni müstəmləkəsi.

Elli 2019-07-26 12:07:34

müəlliflə tam razıyam.

EJDER 2019-07-26 12:07:34

AYE,AY CAMAAT P[UTIN KIM OLUF.K Q B EWNIK.VSYE.BIZIMKILER HARADA YAWAYIF,NE DILDE DANIWIF,DUWNWRLER.BRAVO,VEZIYYET URUSCANDI.QARABAQI TELEB ETMEK LAZIMDI

hasan 2019-07-26 12:07:34

burada əsasən kürd faktoru vardır

t.ədalət 2019-07-26 12:07:34

Türkiyəyə qarşı antipatiyanı Azərbaycanda ermənilərə olan hədsiz sevgi də göstərir.Torpaqlarımızı işğal edən,millətimizi soyqırıma məruz qoyan tarixi milli düşmənlərimiz olan ermənilərlə qan bağı olanlar ilk növbədə vəzifələrə təyin olunurlar.Düşünürsən ki..... Vəzifələrdə anası və arvadı erməni olanlar sayca o qədər çoxdur ki,indi hamı bu məsələnin fərqindədir..

nata 2019-07-26 12:07:34

Sonra da bar-bar bağırırlar ki,müstəqil dövlətik.Aprel döyüşləri də göstərdi ki,Azərbaycanın müstəqil olmağına hələ qərinələr var.Biz kağız üzərində müstəqilik.Başımız yenə rusun ayağı altındadır...

Son yazılar