GENERAL OĞLU QƏZADA DÜNYASINI DƏYİŞİB – “Ötən il də yüksək sürətlə qəzaya düşmüşdü...”

Azərbaycan Silahlı Qüvvələrin Baş qərargah rəisinin sabiq birinci müavini, general-leytenant Eyvaz Cəfərovun oğlu ötən gecə motosikletlə keçirdiyi qəzada dünyasını dəyişib.

“AzPolitika.info”-nun məlumatına görə, bu barədə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov sosial şəbəkədə məlumat verib.

“Baş qərargah rəisinin sabiq 1-ci müavini Eyvaz Cəfərovun gənc oğlu yüksək sürətlə motosiklet idarə etməyi sevirdi. Ötən il qəza törətmiş, nəticədə barmaqları kəsilmişdi.

Bu gecə isə eyni sürətlə iki avtomobilin arasında qalıb, həyatla vidalaşıb. Tanrı ikinci dəfə bağışlamayıb...

Allah rəhmət eləsin, yaxınlarına səbr versin”, - R.Səfərov yazıb.

Xatırladaq ki, E.Cəfərov 2017-ci ilin mart ayında təqaüdə göndərilib.

“AzPolitika”

635x100

Şərhlər

t.ədalət 2019-07-26 18:11:42

Eyvaz Cəfərovun anası ermənidir.Səfər Əbiyev onu yaman sevirdi.

Son yazılar