"Mal və xidmətlərin qiyməti artacaq, bahalaşma olacaq" - İqtisadçı ekspert

"Manat devalvasiya yox, revalvasiya təzyiqi altındadır. Manatın möhkəmlənməsinin müsbət, daha da çox mənfi tərəfləri var. Bu gün biz de-fakto sabit məzənnə rejimindəyik”.

Bunu Mərkəzi Bankən sədri Elman Rüstəmov deyib.

İqtisadçı ekspert Natiq Cəfərli Elman Rüstəmovun açıqlamasına ironik şərh yazıb.

"AzPolitika" həmin şərhi olduğu kimi təqdim edir:

Elman Rüstəmov danışıb, bu özü-özlüyündə artıq təhlükəli məsələdir - hər dediyinin tərsi olur həmişə, amma yenə də dediklərini tərcümə etməyə ehtiyac var:

Elman Rüstəmov: "Manat devalvasiya yox, revalvasiya təzyiqi altındadır. Manatın möhkəmlənməsinin müsbət, daha da çox mənfi tərəfləri var. Bu gün biz de-fakto sabit məzənnə rejimindəyik”.

Tərcüməsi: Müəllim etiraf edir ki, manat artıq üzüb-eləmir, başından tutub dirəyə bağlayıb sabit saxlayırlar. Yəni etiraf edirlər ki, manatın məzənnəsini bazar yox, hökumət müəyyən edir. Amma cəmi 3 il əvvəl Elman müəllim üzümüzə dururdu, dirəşmişdi ki, siz bilmirsiniz e, manat artıq üzməyə başlayıb, məzənnə də üzən rejimdədir. Hə, Elman müəllim deyir ki, neft bahalaşdı deyə ölkəyə valyuta çox gəldi, məmləkətdə də başqa heç nə yoxdur deyə manat möhkəmlənə bilər, amma biz qoymuruq, çünki az da olsa, 2015-dən dərs almışıq. Amma müəllim unudur deməyə ki, bizdə manatın möhkəmlənməsi də, ucuzlaşması da iqtisadi məsələ deyil, siyasi qərardır. Manatın isə bahalaşma şansı YOXDUR, bu, mümkün deyil, amma neft 55 dollar olsun, gör yazıq manat necə tər tökəcək.

Elman müəllim: "Gələcəkdə Manatın məzənnəsinin "üzən -tənzimlənən” məzənnəyə keçməsi üçün proqram üzərində çalışırıq”.

Tərcüməsi: Bıy, necə deyərlər, saboooz xeyir Elman müəllim, Allah "google" çıxardanların atasına rəhmət eləsin, axtarış verin, baxın, 2015-16-17-ci illərdə biz deyəndə ki, məzənnə nə üzəndi, nə süzən, siz də, maliyyə naziri də çıxıb müstəqil ekspertləri "neprav” çıxardırdınız. Bəs indi nə baş verdi?! Hələ indi tam yox a, tənzimlənən üzən məzənnəyə keçməyə hazırlaşırsınız?!

Elman müəllim: "Əhalinin gəlirləri və istehlak davranışlarının analizi göstərir ki, ilin ikinci yarısında bu amillərin inflyasiyaya təsiri bir qədər arta bilər”.

Tərcüməsi: Bravo, burda razıyam. Müəllim deyir ki, dövlət səxavət kisəsinin ağzını açıb xeyli pul payladı, büdcə xərcləmələri də artdı, amma bunun altını doldura biləcək yerli istehsal zad yoxdur, ona görə də mal və xidmətlərin qiyməti artacaq, bahalaşma olacaq.

Sonda onu da deyim ki, bizdə iqtisadi institutlar ölü doğulub, ya da ümumən yoxdur deyə Mərkəzi Bankın uçot dərəcəsinin azalması kredit faizlərinin də azalmasına təsir etməyəcək.

Cəmi 5 il öncə bizdə uçot dərəcəsi 3% civarında idi, kreditlər yenə də 20-35 faiz arası dəyişirdi, indi 8,25% enib, yenə də 20-35 faiz arası olacaq. Hətta uçot dərəcəsi 2 il əvvəl 15% olanda da kredit faizləri 20-35 faiz arası dəyişirdi, yəni, bizdə kredit faizlərinin öz həyatı, öz gündəmi, öz bank yiyələri var...

635x100

Şərhlər

fikrət 2019-07-26 21:52:33

elman rüstəmov və başqa məmurlar oqurlanmiş milyrdlari ğətirb büdcəyə qoysunlar bununlada problem qutardi yoxsa!!!!!!!!!

Adil 2019-07-26 21:52:33

Dövlət sektorinda işləyənlərin maaşlarınnın qabaqcadan artırılması haqqında verilən sərəncamlar manatın devalvasiyasına hazırlıq deməkdir. Artım faizlərinin çoxluğu devalvasiyanın şiddətli keçəcəyinin müjdəçisidir. Yaşayarıqsa, görərik.

vətəndaş 2019-07-26 21:52:33

O vaxt devalvasiya vaxtı deyəsən Milli bankın sədri çıxıb dedi ki, devalvasiya olmayacaq. 3 GÜNDƏN SONRA isə bu hadisə baş verdi. İndi isə nala-mıxa vururlar. Yəni dediklərinin əksi ola bilər. Bəlkə də Fırladıb süni devalvasiya etmək kasıb təbəqəyə yeni bir udar vurmaq istəyirlər. Fələk də baş aça bilmir bunların maliyə pul maxinasiyalarından. Belə ki 100 milyardlar oğurlanıb. Yəqin ki manatın dəyərini 10 bəlkə də 100 dəfə öldürmək istəyirlər ki, oğurladıqları dollardan manata dəyişib milyardları az pulla ödəsinlər və ört-basdır edib izini itirsinlər. Sovet hökumətinin vaxtında 20 min ssuda götürmüşdü insanlar. Sonra SSRİ dağıldı. 20 min əvəzinə 2 şirvan ödədilər. Talançılar da manatı yəqin ki istəyəcəklər o günə salsınlar. Çünki yox olan milyardlar hamısı bunların əli ilə gedib özləri də yəqin ki bu oyunun içindədirlər.

Son yazılar