Rusiyada qafqazlılar arasında kütləvi dava olub

"Şah" ləqəbli kriminal avtoritet saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində qafqazlıların kütləvi davası olub. ANS PRESS-in məlumatına görə, marşrut taksilərinə himayədarlıq edən iki qafqazlı dəstə öz münasibətlərini aydınlaşdırarkən qızğın mübahisə yaranıb. İş o həddə çatıb ki, dava iştirakçıları hadisə yerinə gələn cinayət axtarış idarəsinin əməkdaşlarına atəş açıblar.

Hüquq-mühafizə orqanları iki qafqazlı qruplaşmasının dava planı barədə əvvəlcədən operativ məlumat alıb. Onlar şəhərin Avtovo rayonundan Lomonosov və Peterqof rayonlarına sərnişin danışması ilə bağlı fikir ayrılıqlarına birdəfəlik son qoymaq üçün "söhbət etmək" qərarına gəliblər.

Əməliyyat qrupunun əməkdaşları 9 sentyabr saat 15:30-da sərnişin görkəmində görüş təyin olunan avtobus dayanacağında gözləyiblər. Qafqazlı xarici görünüşlü 40-a yaxın kişi ora gəlib. Görkəmləri və sınıq qulaqları onların keçmiş idmançı olmalarından xəbər verib.

Qısa danışıqdan sonra Şimali Qafqazdan olan bu insanlar arasında dava başlayıb. Onların bu davasına sərnişinlər və yoldan keçənlər şahid olublar. Əməliyyatçılar hadisə yerinə əlavə qüvvə çağırıblar və onları saxlamağa başlayıblar. Lakin kütləvi davanın iştirakçıları odlu silah çıxararaq hüquq-mühafizə orqanların nümayəndələrinin ayaqlarına atəş açıblar. Nəticədə bir polis xəsarət alıb.

Əlavə qüvvə gəlib çıxdıqda qafqazlılar səpələnməyə başlayıblar. Onlardan bəziləri havaya atəş aça-aça binaların girişində və həyətlərində gizləniblər.

Polis cəmi 10 iştirakçını saxlaya bilib. Onlardan travmatik silahlar və bıçaqlar götürülüb. Saxlanılanlardan birinin "Şah" ləqəbli kriminal avtoritet olduğu məlum olub.

İstintaq zamanı onlar kommersiya mübahisəsini həll etdiklərini bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar