Bakı-2019: Azərbaycan mövqeyini əldən verməyib - MEDAL SİYAHISI

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının altıncı gününə yekun vurulub.

APA-nın məlumatına görə, gün ərzində 30 dəst medal sahibini tapıb.

Azərbaycan millisi günü üç medalla tamamlayıb. İdmançılarımız hər əyarlı medaldan bir dənə qazanıblar. Bunlardan ikisi cüdoçuların hesabındadır. Hüseyn Məmmədov (+90 kq) qızıl, Məhəmməd İmamverdiyev (81 kq) gümüş mükafat əldə edib. Digər mükafat idman gimnastı Səməd Məmmədlinin hesabındadır. O, dəstəli atdakı hərəkətinə görə gümüş medala yiyələnib.

Bununla da millimizin medal sayı 23-ə çatıb. Bunlardan 10-u qızıl, 7-si gümüş, 6-sı bürüncdür. Azərbaycan bu göstərici ilə 2-ci sıradakı yerini qoruyub. Komandamız eyni sayda qızılı olan Türkiyəni gümüş medalların sayında qabaqlayır. Rusiya millisi isə böyük fərqlə liderdir.

Ümumilikdə isə 6 gün ərzində 37 ölkədən olan idmançılar 112 dəst medala sahib çıxıb. Bu ölkələrdən 26-nın himni səsləndirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar