SABİQ NAZİRİN OĞLU HAKİMİYYƏTƏ QARŞI – Qüdrət Quliyev oğlunun əleyhinə bəyanat yaydı

Azərbaycanın sabiq Xarici İqtisadi Əlaqələr naziri Qüdrət Quliyev hakimiyyət əleyhinə açıqlamalar verən oğlu Murad Quliyevlə bağlı bəyanat yayıb.

Murad Quliyevin “Facebook” səhifəsinə (Guliyev Mone) yerləşdirdiyi məlumatlardan belə görünür ki, o, hazırda ailəsilə birlikdə ABŞ-da (Los Anjeles) yaşayır. O, Azərbaycan hakimiyyəti əleyhinə sərt fikirlər paylaşır.

“AzPolitika.info” sosial şəbəkələrdə aparılan müzakirələrə istinadla xəbər verir ki, sabiq nazirin oğlundan imtinasına əsas səbəb isə onun “Azadlıq” qəzetinin “Facebook” səhifəsində yayımlanan və geniş əks-səda doğuran müsahibəsi olub. M.Quliyev bu müsahibədə hakimiyyət əleyhinə çox kəskin fikirlər işlədib.

Qüdrət Quliyev oğlunun əleyhinə paylaşdığı bəyanatda bildirir: “Təcrübəsiz bir gəncin atasının adı və fəaliyyəti ilə spekulyasiya etməsi acınacaqlı haldır və mən oğlumun hərəkətlərini ictimai formada pisləmək və qınamaq zorunda qalmışam.

Onun mənim keçmiş həyatım, ictimai fəaliyyətim ilə bağlı KİV-də çıxışlarını səhv, yanlış və yersiz hərəkət sayıram.

quliyev

Muradın, “keçmiş nazirin oğlunun” təcrübəsizliyindən istifadə edib siyasi dividentlər qazanmaq istəyənlərə, məni siyasi oyunlara qatmağa çalışanlara etirazımı bildirir və bu oyunların fərqində olduğumu bəyan edirəm!

Mən həyatım boyu demokratik fikirli bir vətəndaş olmuşam və fikir azadlığını cəmiyyətin ali norması saymışam. Mən 25 ildir ki, dövlət qulluğundan öz siyasi fikirlərimə görə və öz iradəmlə getmişəm. Amma dünyanı az-çox gördüyüm və bildiyim üçün, cərəyan edən proseslərdən hali olduğum üçün açıq siyasi fəaliyyətə qoşulmaqdan vaz keçmişəm.

Muradın sadəlövhlüyündən, özünü özünün də dərk etmədiyi oyunlara soxduğundan pərişanam və onun bilərəkdən və ya qanmadan hörmətsizlik etdiyi şəxslərdən, tanışlarımdan və dostlarımdan üzr istəyirəm”.

Atasının bu bəyanatına Murad Quliyevin münasibəti də sərt olub. “İndi də, məni atamla üz-üzə qoymaq istəyirlər. Bu gün oxuduğum xəbərə görə, sabiq Xarici İqtisadi Əlaqələr naziri olan atam, hökumətin basqısıyla oğluna qarşı açıqlama verib”, - deyə sabiq nazir oğlu baş verənlərə görə hakimiyyəti ittiham edib.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Mirzə AG-a 2019-07-27 11:46:30

Ot kökü üstə bitər deyib atalar.Karyerasını qorumaq üçün oğulda imtina başa düşülən deyil.Bir də ki,bunların hamısı belədir.YAP korrupsiyası, talan və oğurluq, yaltaqlıq!

oxucu 2019-07-27 11:46:30

HƏ DEMƏLİ BELƏ- BELƏ İŞLƏR.BUNU DA GÖRDÜK.ATA OĞLUNDAN ŞİKAYƏT EDİR.DAHA NƏ QALIB Kİ.

seda-ya 2019-07-27 11:46:30

Seda xanım fikrrimcə çox hörmətli Azpolitika Geber-in şərhlərini heç oxumadan verir. Əks halda tərcüməsini də verərdi.

Mirzə AĞ 2019-07-27 11:46:30

Ata öz oğluna görə məsuliyyət dasımır!

seda 2019-07-27 11:46:30

allax awqina biri bu /,gederi> durdursun ve ona desinki romanlarini hec kim oxumurrrrrrrrrrrrrr

dadaşyev 2019-07-27 11:46:30

davamı;Yaxşı,o vaxt elə idi,çünki sovetin işğalı altındaydıq,elə danışmalıydıq.Bəs indi necədi?İndi hansı dövlətin işğalı altındayıq?Müstəqil deyilikmi?Elə isə niyə nəyisə dediyin vaxt "zorda qalmalı" olursan?"Cəmiyyətdəki proseslər" xoşuna gəlmirdisə 25 il dövlət qulluğunda necə qalmısan?Buqələmunluq eləmisən?Heç kim bilməyib əsil rəngin hansıdı?Demək sən də gələcəkdə bu günlər üçün bu günkü sovet qocaları kimi deyəcəksən ki,o vaxt elə idi də.Yaltaqlanmalıydıq.Yoxsa oğlum ABŞ-da yaşaya bilərdimi?

dadaşyev 2019-07-27 11:46:30

davamı;Durğunluq dövrünün "Günün ekranı" xəbər proqramının hər hansı verilişinə bir zəhmət çək bax.Hər kəlmə başı çoban da,müəllim də,həkim də,baza müdiri də,kolxozçu da "bu xoşbəxt günlər üçün şəxsən Sov.İKP MK-nın baş katibi,SSRİ Ali Soveti Rəyasət heyətinin sədri,dörd dəfə sosialist əməyi qəhrəmanı,altı dəfə sovet ittifaqı qəhrəmanı Leonid İliç Brejnevin atalıq qayğısına minnətdarlığını" bildirir.Hər gün səhər-axşam bu sözləri eşitməkdən qulaqlarımız mazol olmuşdu vallah.İndi deyirlər o vaxt elə idi də.

dadaşyev 2019-07-27 11:46:30

"Oğlumun hərəkətlərini pisləmək zorunda qalmışam" fikriylə "cərəyan edən proseslərdən hali olduğum üçün açıq siyasi fəaliyyətə qoşulmaqdan vaz keçmişəm" fikri bu halda doğru olar ki,sənin burada yaşadığını və buna görə başına işlər gələ biləcəyini oğlun nəzərə almayıb.Yəni gərək sən də Azərbaycanı tərk etdikdən sonra deyəydi.Qəribədir,"hansı cərəyan edən proseslər"dən danışırsan?25 il dövlət qulluğunda olarkən gördüyün proseslərimi deyirsən?Oğlunun bu gün ABŞ-da yaşaması xatirinə susduğun prosesləri,eləmi?

dadaşyev 2019-07-27 11:46:30

Qüdrət Quliyev,sən bilirsənmi ki,Məkkə kafirləri Əbu-Talib ölüm yatağında olanda yanına gəliblər və son dəfə tələb ediblər ki,qardaşınoğlunun başına ağıl qoy ki,bizə qarşı gəlməsin?Və Əbu-Talib onlara nə deyib,bilirsənmi?Deyib ki,"Sizlər qorxdunuz.Dinləməkdən belə qorxdunuz".Sizlər,yəni siz Məkkə varlıları,yəni siz xalqın qanını soranlar,yəni siz xalqı cəhalət və yaltaqlıq girdabında saxlayanlar.Bilirəm ki,bunları bilirsən,ona görə də oğluna qarşı çıxdığını səmimi görmürəm.Necə olsa da oğlundur.Elə deyilmi?

Geber 2019-07-27 11:46:30

Hakimiyyət təmsilçiləri dedikdə :_ söz ustalari haqda deyil , hakimiyyətin illərdən bəri davraniş dress kodlarinin daşiyicilari haqda , onu demək istəyiriəm ki , son 7 ildə ,onlarin əvvəllər hakimiyyətə uğur ğətirən pis vərdişli lap oğurluqlari daxil olmaqla dəsti xətt , qərbin ğözəğörunməz sehr cadulari ilə :_ əks qütbə necə transformasiya olmuşdur ? ki , hakimiyyət dayaqlari olan ağilli kamalli insanlar :_talrein tərs qanunlarinin mühüm sərhədkeçmə tarixundən xəbərsiz olmuşdur. Bəzi cizma qaramalarimla hələ 2004 _2008 -ci illər ərzində bu tükənmə haqda :- əbəs zəhmət qismində , elmi nəzəri yazilar yazmiş idim . sərhədayirma yəni sənin üstünlüyün sozun işin tərs mütanisibə rast ğəlir nə edirsən et haminin ğözundə pis olur , istəyirsən min ya mindir nəticə eynidir , elə hal yaranir ki ,kimin dəli kimin normal olduqunu heç bir kəs ayird da edə bilmir , nizam tərəzi itir. Kafalarda yəni şüürda sərhədayrilma elə baş verirki, heç insanin özü də bilmir ki , bu necə baş verdi , misal hamida Allaha şəkk olubdur kim qabaqa ğedib kim palazza bürünüb . Məişətdə bu belədir :_misal dünən sənə mələkim pişiyim deyən qadin qapini üzünə nə vaxt şirpacaq haqda məlumatsizsan və haminin başina ğələ bilər. İctimai fikirə bənzər qütblərin dəyişdiyi vaxtlarda qutblərə qarşi arzu istəklərivii sərğiləmək ağilsizliqla ağilsizliq silahi ilə vuruşmaq kimidir . İstəniilən müdaxilə bu məqalə sayaq :_ sadə məsələləri mürəkkəb etməklə əks qutbun daha da buzlaşmasina yardim edəcəkdir. Beləki əsl həqiqətdə qutblər dəyişməyib onlari hakimiyyətə qarşi , daha yuksək şüürlu əmsali olan qərb mütəxəssislər dəyişdiribdir. Şünkü SNQ məkanlarinda olan dövlətlərində yaşayan insanlarin onlara idarə edən şəxslərə qarşi ğüvən əmsalinin nəbzi toplumda 2012 -ci ildən sonra çox vaxt aşkarlanmir yalandan yazim ki , aşkarlanir , nəsə dəyişəcək ? real hakimiyyətdə olan Prezidentlər Nazarbayev Purtin və diğərləri qipnotik inanmişlar ki , vəziyyətin sükani onlarin əlindədir . Bu belə deyildir : sosimda 2019-cu il tarixinə artiq çoxluq :_20-45 yaş həddində olan insanlar təşkil edir . Onlar hakimiyyətin standart siyasi proqnozuna ğələn insanlar deyillər , onlarin özləri haqda da məlumatsizdirlar , hakimiyyət motivasiyalarini tanimadiği naməlum insanlar çoxluqu ilə uzbəuz qaldiqindan məlumatsizdir . beləki hakimiyyət üçün rahat lukum çoxluqu sovet insanlari ya qocalib ya da o dünyaya demokratik arzularla köçmüşdur yəni dolub boşalib dünya . Bu da hələ problemin hamisi deyil heç bir faizi də deyil. Məqalə misalinda ğörunməyən tərəf kimi bu məqalənin atanin hayqirtisi nə formada oolursa olsun hakimiyyətə qarşi qütbə yüklənəcəkdir . Rusca indilərdə xayp yəni boşboqazliqa dəvət prinsipi ilə bu hadisə haqda KİV-lərdə və bloqlarda söz tufani qopacaqdir Hakimiyyəti Pavlik Morozov və ilaxir kimi suçlarda ittiham edəcəklər . Axi nə üçün ? Hakimiyyəti qoriyan keçmiş adət ənənələt işğüzar vərdişlər sifirlanaraq əks qütbə keçmiş və köhm=nə alət və dəst xəttin reviziya edilməsi tələbi açiq saçiq qabağimizda at çapir. Üzr istəyriəm yazdiqimin heç bir əhəməiiyəti olmayacaqndan da məlumatliyam hələ qinaq obyekti də ola bilərəm , lakin hərə bir cür qusuru vardir anlayişi ilə , məndədə incə məqamlarin 2 faizini :- səxavətimdən tələdə pendir kimi ortaya atmaq ikinci millətimdir.

Son yazılar