Ev sahibi mənzilə girən oğrunu yaxalayıb

Samuxda mənzilə girən oğrunu polisə ev sahibi təslim edib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. Gecə saatlarında mənzillərdən birinə girən 1995 ci il təvəllüdlü İmdad İsayev ev sahibi tərəfindən tutulub. Ev sahibinin səsə çıxdığını görən İ.İsayev qaçmaq istəsə də, bu, mümkün olmayıb. Ev sahibi tərəfindən zərərsizləşdirilən oğru Samux rayon Polis Şöbəsinin əməkdaşlarına təslim edilib.

Faktla bağlı araşdırma başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar