Moskvada etiraz aksiyasında 200-dən çox şəxs saxlanılıb

Bu gün Rusiyanın paytaxtı Moskvada keçirilən etiraz aksiyasında 200-dən çox şəxs polis tərəfindən saxlanılıb.

APA AFP-yə istinadən xəbər verir ki, aksiya iştirakçıları hökumətin Moskva Şəhər Dumasına keçiriləcək seçkilərdə müstəqil namizədlərin iştirakına icazə verməməsinə etiraz edirlər.

Məlumata görə, etiraz aksiyası başlayana qədər polis müxalifət üzvləri də daxil olmaqla, 50-yə yaxın şəxsi həbs edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar