“Hələ axtarışlar gedir, axı niyə başsağlığı verirsiz?...” - İtkin pilotun qayınanası

“Biz Rəşadın salamat qayıdacağından ümidimizi kəsmirik. Əlimiz Allahın ətəyində dua eləyirik...”

Moderator.az xəbər verir ki, bu sözləri hazırda axtarışda olan Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınanası Məhbubə Hüseynova News24.az-a danışarkən deyib.

O bildirib ki, Rəşad Atakişiyevi tanıyan hər kəs tezliklə ondan yaxşı xəbər alacağından inamını kəsmir: “Könül çox pis vəziyyətdədir. Dərmanla sakitləşdiririk. Qulağı səsdə xəbər gözləyir. Danışanların ağzına baxır. Deyir, Rəşad sağ-salamat qayıdacaq, başqa heç bir xəbəri qəbul eləmirəm”.

Məhbubə Hüseynova onlara sosial şəbəkədə başsağlığı verilməsindən də çox üzüldüyünü bildirib: “Rəşadın şəklinin altından başsağlığı yazırlar. Rəsmi xəbər yoxdur. Hələ axtarışlar gedir. Axı niyə başsağlığı verirsiz? Ona “Allah rəhmət eləsin” deməyə necə diliniz gəlir? Axı, mənim balam hələ yol gözləyir?”

Məhbubə xanım onların dərdinə şərik çıxan hər kəsdən dua gözləyir: “Hamıdan Rəşad üçün dua istəyirəm. Uşaqları hər şeydən xəbərsizdir. Onları yaxınlarımızın birinin evinə aparmışıq ki, gəlib-gedəni görməsinlər, danışılanları eşitməsinlər. Amma böyük oğlu çox həssasdır. Deyir, atama nə olub? Məndən gizlətməyin... Amma biz onu aldadırıq. Deyirik, atan başqa yerə döyüşə gedib, tezliklə qayıdacaq”.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və Rəşad Atakişiyevin idarə etdiyi aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırır.

635x100

Şərhlər

seda 2019-07-27 20:27:05

duzdu-dua eliyirik

Mirzə AĞ 2019-07-27 20:27:05

Bütün Azərbaycan ona dua eliyir!!!

qaçqın 2019-07-27 20:27:05

c.c ALLAH-və yalnız O ! millətimizə olan qəzəbini söndür,-bəs deyilmi ya RƏBBİMİZ--pak, təmiz,mərd,qəhramanlarımızı qəzalara salırsan,--pisləri, ikisifət-araqarışdıran-qatillərə--qəddar--acımasız zalımlara toxunmursan.əlbət bir bildiyin var.hər halımızla sənə möhtacıq. (bu faciənin mahiyyətini anlamayan bədbəxt və qəddardır,cünki doğmalarının, sevdiklərinin itkisini görməyiblər, vətən sevgisi nədir bilmirlər ona görə aqressivdirlər VƏ başadüşməzdirlər

Teymur 2019-07-27 20:27:05

Insaallah sag-salamat tapilar.Amma xanimin qeyd etdiyi fikir cox yalnisdir.Cenabi Allahin rehmeti ummeti Muhammed ucun bir duadir.Allah rehmet elesin duasi oluler ucun yox eksine diriler ucun isledilen bir duadir.Allahu Teala mene ve aileme rehmet etsin!

Səbuhi 2019-07-27 20:27:05

Allah kömək olsun AMİN. İNŞALLAH ŞAD XƏBƏR OLACAQ ALLAHIN KÖMƏKLİYİ İLƏ.

Son yazılar