Azərbaycanda sürücüləri DYP maşınlarının şəkli ilə qorxudacaqlar - YENİLİK

Azərbaycan yollarında sürücülərin yol hərəkət qaydalarına riayət etməsi, o cümlədən sürət həddinə nəzarət etməsi məqsədilə maraqlı yeniliyin tətbiq edilməsi nəzərdə tutulur.

Fed.az xəbər verir ki, bu məqsədlə yol kənarlarında DYP avtomobillərinin maketlərinin quraşdırılması gözlənilir. Artıq bununla bağlı DYP avtomobillərinin maketləri istehsal edilib.

Bu maketlər yan tərəfdən baxdıqda əsl DYP avtomobillərindən fərqlənmir və onu görən sürücülər bunun yol polisi olduğunu zənn edərək sürəti azaldır və pozuntulara yol verməməyə çalışırlar. Gecələr bu “maşınların” üstündə sayrışan işıqlar da olacaq.

Qeyd edək ki, əsl avtomobillərlə yanaşı, polis maşınlarının maketindən istifadə edilməsi bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyədə geniş yayılıb. Türkiyəyə səfər edən Azərbaycan sürücüləri bu maketləri görə bilərlər.

635x100

Şərhlər

Qoca Molla 2019-07-27 18:13:29

Maket qoyurlarsa saylarını da prinsipcə azaltmaq lazımdır. Onsuz da addimbasi, kameralar, radarlar var. Milyonlarla dollar xərcləyib Dyp maşınlarını təzələmək, milyonlarla maaş verib büdcəni israf etmək nəyə lazımdır. Həmin pulu innovasiyalara xərcləmək olar, Dyp işçiləri də real həyatda səmərəli işlərlə məşğul olar, şəxsiyyət kimi itirdiklərini bərpa edərlər. Axı onlar övlad yetişdirirlər, Başqa uşaqlar o larının atalarının qaishnik olduğunu biləndə verdikləri reaksiyaları təsəvvür edin))))

Son yazılar