13 nəfər denqe virusundan ölüb

Tanzaniyada ümumilikdə 6 min 677 nəfər denqe xəstəliyinə yoluxub, daha 13 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə yerli hökumətə istinadən "Mwananchi" qəzeti yazıb.

"Bizdə 6 nəfərin ölməsi barədə məlumat var idi, lakin hökumət yeni qiymətləndirmə apardı və ölkə üzrə 13 nəfərin öldüyü müəyyənləşdi. Təkcə Dar-əs-Salam vilayətində 6631 yoluxma və 11 ölüm faktı qeydə alınıb", - deyə nəşr Tanzaniyanın səhiyyə naziri Ummi Mvalimunun sözlərini sitat gətirib.

Bununla yanaşı, nazir qeyd edib ki, xəstəliyin yayılma sürəti aşağı düşüb. Belə ki, 2019-cu ilin iyun ayında yoluxma hallarının ümumi sayı 536 təşkil edibsə, iyulun əvvəlindən yalnız 6 yoluxma qeydə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar