Gürcüstanın sabiq müdafiə naziri həbs olunub

Dərc olunub: 27/07/2019 - 21:59

469db392-f79a-4b04-8b7b-30027c73f9ebGürcüstanın keçmiş müdafiə naziri, müxalif “Qalib Gürcüstan” siyasi hərəkatın lideri İrakli Okruaşvili ilə bağlı həbs qətimkan tədbiri seçilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.

İ.Okruaşvilinin vəkili onun 10 min lari girov müqabilində azadlığa buraxılmasını tələb edib.

Qeyd edək ki, sabiq nazir Tbilisidə iyunun 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunur. Günahı sübuta yetiriləcəyi təqdirdə onu dörd ildən doqquz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.






loading...


Fikrinizi bildirin