Yasamal Rayon Polis İdarəsi qarşısında piyadanı maşın vurub

Paytaxtın Yasamal Rayon Polis İdarəsi qarşısında piyadanı maşın vurub.

“Report” xəbər verir ki, hadisə 1989-cu il təvəllüdlü Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış massivi sakini Gərayev Elgün Razim oğlu yolu qarşı tərəfə keçərkən olub.

Yaralı "təcili yardım" avtomobili ilə xəstəxanaya yerləşdirilib. Yaralıya sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Xəstə aidiyyəti üzrə həkim nəzarətinə götürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar