“Putində heç nə alınmayacaq...” - Bjezinski

zbiqnevABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi, nüfuzlu sovetoloq və politoloq Zbiqnev Bjezinski Ukraynaya özünü müdafiə üçün silah verməyə çağırıb.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, politoloq deyib: “Biz Ukraynaya silahla kömək olmalıyıq, ancaq Rusiyaya hücum eləmək üçün yox, özünü müdafiə üçün”. Onun qənaətincə, Ukrayna effektli müdafiə olunsa, Rusiya tərəfi üçün hərbi müdaxilənin qiyməti artacaq. Bzejinski əmindir ki, o halda Putin öz strategiyasına təzədən baxmalı olacaq.

Putinin siyasətini “köhnəlmiş” adlandıran ekspert daha sonra bildirib: “Putində heç nə alınmayacaq. Yox, əgər bundan sonra da zor gücünə yeni Sovet İttifaqını yaratmağa çalışsa, bu, Avropada yetərincə narahatlıq doğuracaq”.

Qeyd edək ki, prezident Petro Poroşenko NATO-un Uels sammitinin yekunu ilə bağlı bildirib ki, alyansın bəzi üzvləri Ukraynaya yüksək dəqiqliyə malik öldürücü silahlar verməyə hazırdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar