"Səfər Əbiyevin getməsinə görə məni təbrik edirlər" - Lənkəran Əliyev

 "Çox az adam Səfər Əbiyevin xeyrini görüb. O da qohum-əqrəba" 

"Bu gün çox adam zəng edim məni təbrik edir. Səbəb Səfər Əbiyevin istefaya göndərilməsidir. Onun getməsinə orduda bir çoxları sevinir. Çox az adam Səfər Əbiyevin xeyrini görüb. O da qohum-əqrəba. İndi çoxları sevinir. Amma mənim üçün fərqi yoxdur. Vətənə necə xidmət etmişəmsə, bundan sonra da elə edəcəm. Mən buna and içmişəm. Peşəkar hərbçiyəm. Kiməsə deyil, vətənə xidmət edirəm".

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələri Akademiyasının qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyev Səfər Əbiyevin müdafiə naziri postundan istefaya göndərilməsinə münasibət olaraq bildirib.

General-mayor qeyd edib ki, S.Əbiyev təcrübəli hərbçidir və yəqin ki, ona başqa bir vəzifə veriləcək.

"Mən indi Səfər Əbiyevlə bağlı geniş danışmaq istəmirəm. Bu başqa cür qarşılana bilər. Məsələ burasındadır ki, Səfər Əbiyev nazir olanda mən onunla bağlı fikirlərimi bildirməyə məcbur oldum. Qeyd etmişdim ki, mənim mənzilimdən çıxarılmağımla bağlı bütün işlərin arxasında Səfər Əbiyev durub. Məhkəməyə, prokurorluğa sifarişləri o verib. Vəzifəmi o, aşağı endirib. Yəni onda nə demişəmsə indi də onu təkrarlayıram. Yeni heç nə demirəm" - deyə, L.Əliyev qeyd edib.

L.Əliyev yeni nazir Zakir Həsənovla bağlı da gözləntilərini bölüşüb: "Zakir Həsənov Daxili Qoşunların komandanı kimi çox işlər görüb. Daxil Qoşunların zabit heyəti onun rəhbərlikdən getməsini istəmirlər. Səfər Əbiyev nazir olanda Müdafiə Nazirliyinin zabitləri Daxili Qoşunlara keçmək istəyirdilər. Bu mənada cənab Zakir Həsənovdan gözləntilərimiz böyükdür".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar