"Yuventus" türk futbolçu ilə bağlı qərarını verdi

"Yuventus"un bu yay "Sassuolo"dan 18 milyon avroya heyətinə qatdığı Merih Dəmiralla bağlı qərar verib.

Qol.az-ın "La Gazzetta dello Sport" nəşrinə istinadla yaydığı xəbərə görə, Turin klubu türkiyəli müdafiəçini komandada saxlayacaq. Yoldaşlıq oyunlarında özünü yaxşı tərfdən göstərməyi bacaran 21 yaşlı futbolçu məşqçilər heyətinin etimadını qazana bilib.

Qeyd edək ki, Türkiyə millisinin üzvü ilə "Zenit", "Milan", "Mançester Yunayted" və "Atletiko" kimi komandalar yaxından maraqlanırdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar