“DEYİRLƏR, ƏLİ HƏSƏNOVUN MAAŞI İLƏ DOLANIRIQ…” – “Yoldaşımı şantaj ediblər”

Xəbər verdiyimiz kimi, baş nazirinin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin 2017-ci ilin avqust ayında Bakıda törətdiyi avtoqəza nəticəsində ağır yaralanan Türkiyə vətəndaşları bugünlərdə Ə.Həsənova qarşı ittihamlarla çıxış ediblər.

Belə ki, Türkiyənin məşhur “Haber Türk” kanalında yayımlanmış reportajda Əli Həsənovun Türkiyə vətəndaşları Mutalib Tekiş və Songül Tekişi aldatdığı iddia olunub. Bu haqda kanala elə Tekişlərin özləri məlumat veriblər. Onlar bildirmişdilər ki, qəzadan sonra Əli Həsənov onlardan şikayətçi olmamağı xahiş edərək, bunu müqabilində bütün xərcləri ödəyəcəyinə dair vəd versə də, sonradan sözünə əməl etməyib.

Lakin Nail Allahverdiyevin vəkili Muxtar Mustafayev yazılı açıqlama yayaraq, qəzada xəsarət alan Tekiş cütlüyünün bütün müalicə xərclərinin qarşılandığını, Türkiyə vətəndaşlarının şantajla məşğul olduğunu iddia etdi.

“AzPolitika.info”-ya müraciət edən Mutalib Tekiş vəkilin iddialarını təkzib edib. O, bir daha bildirib ki, Əli Həsənov zərərçəkmişlərin bütün müalicə xərclərini ödəyəcəyinə söz versə də, onları aldadıb. “Bizə zərər verən tərəf öz günahlarını ört-basdır etmək üçün bizi şantajda günahlandırır. Ortada şantaj ediləcək bir məsələ yoxdur. Əksinə, Elman Allahverdiyev (Əli Həsənovun kürəkəni-red.) və yanındakılar xəstaxanaya gələrək, “imza atmasanız, sizə dəstəyimiz olmayacaq” deyə acılar içində qıvrılan yoldaşımı şantaj ediblər…”

M.Tekiş deyir ki, Əli Həsənovun ailəsi ilk bir neçə ayda zərərçəkmişlərin xəstəxana xərclərini ödəsə də, sonradan bunu etməkdən boyun qaçırıb: “Mənim müalicəmin məsrəflərini Əli Həsənovun ailəsi cəmi 3-4 ay ödədi, sonrasını öz vəsaitimlə davam etdirməli olmuşam. Yoldaşımın müalicəsini isə 2018-ci ilin sonunadək davam etdirdilər. 2019-cu ilin yanvar ayının ödənişini xəstəxana bunlardan çətinliklə aldı. Artıq 7 aydır yoldaşımın xəstəxana məsrəflərini özüm ödəyirəm. Bu səbəbdən öz əməliyyatımı etdirə bilmirəm”.

M.Tekiş qeyd edir ki, qarşı tərəf əməliyyat üçün vəsait göndərəcəyinə söz versə də, sözünü tutmayıb və 3 gün onu Ankarada gözlədib: “Bunlar əməliyyat üçün pul göndərəcəkdilər. Bunun üçün Adanadan Ankaraya getdim. 3 gün xəstəxanada bunlardan pul gələcək deyə gözlədim. Ancaq göndərmədilər və Adanaya qayıtmalı oldum. Hal-hazırda hər tərəfə borclanmış bir durumdayam...”

“Əli Həsənovun 2000 manat maaşı ilə dolandıqlarını söylədilər…”

M.Tekiş daha sonra bildirdi ki, hal-hazırda onlar üçün ən vacibi 80 faiz şikəst olmuş Songül Tekişin müalicəsinin davam etdirilməsidir: “Hətta Əli Həsənov yoldaşıma “müalicənizi istərsəniz ABŞ-da, istərsəniz də Avropada davam etdirəcəyik, yoldaşın sağalanda da bu dövrdə itirdiklərinizi artıqlaması ilə ödəyəcəyik” deyə söz vermişdi. Sonradan Həsənovlar ailəsi artıq bizə lazım olan köməkliyi etdiklərini, bizim sağaldığımızı dedi. Hətta bizə etdikləri köməkliyə görə pullarının qurtardığını və evi Əli Həsənovun 2000 manat maaşı ilə dolandırdıqlarını söylədilər…”

Lakin M.Tekiş qeyd edir ki, onların müalicəsi bitməyib və hələ uzun müddət davam etdirilməlidir. Bununla bağlı həkimlərin rəyləri mövcud olsa da, Ə.Həsənovun ailəsi həmin sənədlərə məhəl qoymur və onlara dəymiş nə maddi, nə fiziki, nə də mənəvi ziyanı ödəmək istəmir: “2011-ci ildən etibarən Afrikada biznesim olub. Ancaq bu hadisə səbəbindən həmin işlə məşğul ola bilmədim və borclarım yarandı, buna görə də oradakı işimə əl qoyulub. Mənim bu hadisəylə bağlı maddi və mənəvi təzminat tələb etmək haqqım var. Ancaq qarşı tərəf verdiyi vədlərə əməl etsəydi, bu tələblərim olmayacaqdı”.

Sonda bu problemin mətbuatda işıqlandırılmasını və onun həllinə ölkə başçısı İlham Əliyevin köməklik göstərməsini xahiş edən M.Tekiş, artıq tükəndiklərini və radikal addımlar atmağa məcbur qaldıqlarını deyir: “Songül Tekişin müalicəsinin davam etdirilməsi lazımdır. Hər kəsin bu fəryadımızı eşitməsini istəyirəm. Artıq mənim də gücüm qalmayıb. Bu səbəbdən ailəliklə İstanbuldakı Taksim Meydanında ölüm aclığı aksiyası keçirəcəyik.”

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Mst 2019-07-29 21:20:36

Çıxart ver de camaatın pulunu. Gere ele tv cixsin, shishsin mesele?!

t.ədalət 2019-07-29 21:20:36

Baş nazirin müavini Əli Həsənovun bir erməni sevdalısı olduğunu bilirik.Amma arada suyu bulandıran vəkilin kim olduğu şübhə altındadır.Vəkilin deməyindən belə çıxır ki,Türkiyədən gələnlər özlərini bilərəkdən harın Nailin avtomobilinin altına atıblar ,guya Ə.Həsənovu şantaş etsinlər.Bərəkəllah!Əxlaq,doğrudan da yaxşı şeydir.Onu bazarlarda satmırlar....

Cəmşid Dərələyəzli 2019-07-29 21:20:36

Azərbaycanda uzun illərin məmuer cəzasızlığının və qudurğanlığının nəticəsidir bu. Bu Əli Həsnovlar bir deyil yüzlərlədirlər.Artıq məsələ o həddə çatıb ki, onlar cənab Prezidenti belə eşitmir və sayqı belə göstərmirlər. Onlardan biridə Pirallahının başçısı (paşası) Vasif İmanovdur. o da 2016-cı ildə baş vermiş bu qabildən ölüm hadisəsi ilə bağlı olan Manaf Manafov və Həsən Niftəliyev kimi .... məmurlarəını öz çətiri altına alıb qoruyur. Yəqin ki, ölkə başçısı onların sonunu gətirəcək

doğru danışan 2019-07-29 21:20:36

Necə adamsınız, xalqı şikəst etmisiniz, indi canınız çıxır camaatın həkiminin pulunu verməyə. Qatı açılmamış pulları görəsən haralara xərcləyirlər ki, yazıq türk qardaşlarımızın pulunu vermirlər. Bir də guya bunlar gözlərini 2000 manata tikiblər. Yalansa... O 2000 manat heç onların səhər yeməyinin pulu eləmir. Bir sözlə a bala kişi olun, camaatın pulunu verin, bəsdir incitdiniz! Onsuzda xalqı incitmək sizin köhnə peşənizdir.

EJDER 2019-07-29 21:20:36

AYEBU HARIN NAIL BALANIN QAJQIN BABASI ANALOQU OLMAYAN HOKUMETIMIZIN BAWWW NAZIRININ MUAVINIDI,IKI MIN MANATA DOLANER,LUKAWENKO CANI.YAP CILAR GUYA MAAWA DOLANERLER.HESAB EDIREM INLARIN MAAWLARI ON BEW QAT QALDIRILMALIDI KI,BELKE QOZLARI DOYDU.GORMEMIWLER PARTIYASI

Mirzə AĞ 2019-07-29 21:20:36

Baxın, Azərbaycan hökuməti hansı ........

Vahid 2019-07-29 21:20:36

Qaçqınlara o qədər ev satıb ki yüz milyonları var. Hər otağın öz qiyməti var imiş. Kim pul verməsə o ömrü boyu ev görməyəcəkdir. Bu çıxandan sonra kütləvi və pulsuz qaçqınlara ev verdilər.

Kasib oglu 2019-07-29 21:20:36

Turk qardaw Azerbaycan vetendawi olsaydi onun bawina bir oyun achardilar ki,adi yadinnan chixardi.Allah komein olsun abi.

Son yazılar