"Ukraynanın şərqində bəzi yerlərə xüsusi status veriləcək" - Poroşenko

PoroshenkoUkrayna Prezidenti Petro Poroshenko deyir ki, Ukraynanın şərqində bəzi hissələrə xüsusi statusun verilməsinə dair gələn həftə qanun layihəsi təqdim edəcək, ancaq ölkə vahid olaraq qalacaq.

Poroshenko sentyabrın 10-da televiziya ilə yayımlanan hökumət iclasında deyib ki, ötən həftə rusiyayönlü separatçılarla imzalanmış saziş sərhədləri daxilində vahid Ukrayna konsepsiyasını saxlayır.

Onun sözlərinə görə, hökumət qüvvələri ilə rusiyayönlü separatçılar arasında atəşkəsi saxlamaq çətin olub, «terrorçular daim qarşı tərəfi təxribata çəkməyə çalışıblar».

Poroshenko deyir ki, hökumət qüvvələri Ukraynanın şərqində müdafiəni gücləndirmək üçün yerdəyişmələr edir, ancaq bu, yeni hücum üçün deyil.

O, hərbi əməliyyatlar zonasına bitişik ərazilərdə «xüsusi rejimin» tətbiqini də istisna etməyib. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar