DAHA BİR ÖLKƏ AZƏRBAYCANDAKI SƏFİRLİYİNİ BAĞLAYIR - İki il əvvəl açılmışdı

Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır.

“Report” xəbər verir ki, avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq.

Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.

Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.

Qeyd edək ki, bundan əvvəl Norveç Azərbaycandakı səfirliyini bağlamaq qərarı almışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar