Kamal Abdulla Əvəz Zeynallını məhkəməyə verdi – ADU ətrafında yeni qalmaqal

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla xural.com saytının rəhbəri Əvəz Zeynallını məhkəməyə verib.

BakuPost xəbər verir ki, rektor baş redaktordan təkzib, üzr və pul tələb edir. İddia edir ki, Əvəz Zeynallı ondan narazı olan, müxtəlif əməllərdə ittiham edən keçmiş və indiki işçilərinin Təhsil Nazirliyinə məktublarını, müsahibələrini və s. məqalələri rəhbərlik etdiyi saytda yerləşdirməklə, onun ləyaqətini ləkələyib, işgüzar nüfuzuna zərbə vurub.

Məlumata görə K.Abdulla jurnalistlə yanaşı içdən çıxardığı müəllimləri də məhkəməyə verib.

Məhkəməyə təqdim etdiyi iddia ərizəsində şikayətçi olduğu yazıların böhtan hesab edilməsini və "xural.com” saytından çıxarılmasını, ondan üzr istənilməsini, Ə.Zeynallıdan 10 min manat, Vüsalə Ağabəylidən 5 min manat, Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat tələb edir.

Məsələ ilə bağlı Əvəz Zeynallı BakuPost-a bildirib ki, məsələdən bu gün xəbər tutub: "Hələ iddia ərizəsi ilə tanış olmamışam. Amma təəccüb içindəyəm. Hörmətli Kamal Abdulla belə naşı addımı neçə ata bilər. İnşallah məhkəmədə üz-üzə gələrik, ona sözümü deyərəm”.

Qeyd edək ki, məhkəmə prosesi avqustun 1-də başlayacaq. İşə Binəqədi Məhkəməsi baxacaq.

635x100

Şərhlər

t.ədalət 2019-07-30 19:23:02

Davamı:İnsan düşünülməmiş əməlləri ilə ictimaiyyat arasında özünün obrazını yaradır.Kamal müəllim,çətin ki yaratdığı şəxsi obrazınından imtina etsin.Pis əməllər məzar daşı kimidir.İllər ötdükcə daha sərtləşir..

t.ədalət 2019-07-30 19:23:02

Kamal Abdulla saf bir qadını haqsız olaraq işdən götürməsi və özü kimi bir dəstə tərəfindən həmin qadını tənbqid atəşinə tutdurması ilə həyatın dibinə çökmüşdü.İndi,Ə.Zeynallı ilə qalmaqal yaradıb bir az da dərinə endi..

Son yazılar