“Türkiyə və Rusiyadan kömək istənilməlidir” – Qüdrət Həsənquliyev

Bir neçə gün öncə Xəzər dənizinə düşmüş "MİQ 29" qırıcısının axtarışları hələ də davam edir.

Müdafiə naziri Zakir Həsənov hər gün şəxsən qəza ilə bağlı yaradılmış qərargaha baş çəkir və təyyarənin tapılması istiqamətində görülən işlərə nəzarət edir. Amma artıq 5 gündür ki, axtarışlar heç bir nəticə vermir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında təcili olaraq Rusiya və Türkiyədən kömək istənilməli olduğunu deyib:

"Artıq bir neçə gündür ki, cəmiyyət intizarla nə baş verdiyini və qırıcının bir an öncə yerinin tapılaraq qəzanın baş vermə səbəblərinin üzə çıxarılmasını gözləyir. Hesab edirəm ki, təcili olaraq Rusiya və Türkiyə kimi bu cür hallarda çoxillik təcrübələrə malik ölkələrdən kömək istənilməlidir. Bu həm mütəxəssis, həm də texniki vasitələrdən ibarət ola bilər. Burada hər hansı məna axtarmağa da dəyməz və çəkinmədən bütün dünyada qəbul olunmuş bu ənənədən istifadə edilməlidir. Əsas məsələ problemin tezliklə çözülməsidir".

635x100

Şərhlər

t.ədalət 2019-07-30 17:27:11

Qüdrət müəllimin çıxışları son vaxtlar çox təzadlıdır.Müəyyən bir təhlilə əsaslanmır..

Azər 2019-07-30 17:27:11

YOX NƏ DANIŞIRSAN RUSUN BAZASINI YARATMAQ LAZIMDIR AZƏRBAYCANDA.

O.B.N 2019-07-30 17:27:11

Bəs onda milyonlar hesabına yaradılmış FHN nəyə lazımdır?-

TOYDAN SONRA XINANI.... 2019-07-30 17:27:11

BU AZƏRBAYCAN ATALAR SÖZÜDÜR!

Son yazılar